пятница, 16 января 2015 г.

Konfliktoloqdan rəsmi Bakıya tövsiyyə

"Azərbaycan tərəfi monitorinq zamanı insidentlər barədə ATƏT-in fəaliyyətdə olan sədrinə hesabatını təqdim etməlidir"
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, konfliktoloq Əvəz Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri istiqamətində atəş açılmasını monitorinqin keçirilməsinə erməni tərəfinin təxribatı adlandırıb.

Onun sözlərinə görə, monitorinqin keçirilməsi hər iki tərəf ilə razılaşdırılmş və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təqdim etdiyi qrafikə uyğun olaraq keçirildiyindən ona qarşı hər hansı addımın atılması yolverilməzdir. Ə. Həsənov qeyd etdi ki, Azərbaycan tərəfi monitorinq zamanı atəşkəsin pozulmasına dözümlü yanaşması ilə yanaşı bütün insidentlər barədə ATƏT-in fəaliyyətdə olan sədrinə monitorinqin keçirilməsi zamanı yaranan texniki problemlər barədə özünün alternativ məlumatını və yaxud hesabatını təqdim etməlidir. Bu gələcəkdə baş verəcək hallara ATƏT-in diqqətinin artırılmasına kömək edə bilər.
Onun sözlərinə görə, hələ 1994-cü ildə ATƏM-in Minsk Qrupunun Rusiyalı həmsədri Vladimir Kazimirovu müşayət edən hərbçilərin maşınlarına da Azərbaycan-Ermənistan sərhəddində erməni postlarından atəş açılmışdı və xoşbəxtlikdən zərər çəkən olmamışdı.

http://moderator.az/?xeber=67063


Комментариев нет:

Отправить комментарий