пятница, 16 января 2015 г.

İlham Əliyev Ankarada Türkiyə liderlərilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında iştirak etmək üçün Ankarada səfərdədir. İclas Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilir.
İlham Əliyevlə Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında keçirilən görüşdə söhbət iki ölkə arasında "siyasi, iqtisadi, energetika və digər sahələrdə" əlaqələrin inkişafını əhatə edib, rəsmi məlumatda deyilir.

Azərbaycan prezidentinin saytında verilən məlumata görə, görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edildi.
"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil", deyə APA Prezident Erdoğandan sitat gətirir.
Ötən gecə cənab Əliyev Türkiyənin baş naziri Ahmet Davutoğlu ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərdən söz açılıb, iqtisadiyyat, enerji, nəqliyyat, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən danışılıb.
Həmçinin regional və beynəlxalq vəziyyət müzakirə edilib.
Strateji Əməkdaşlıq Şurasının görüşləri 2011-ci ilin oktyabrından bəri keçirilir.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/01/150115_ilham_aliyev_turkey

Комментариев нет:

Отправить комментарий