среда, 30 сентября 2015 г.

Qarabağ münaqişəsi: sülh prosesi yoxsa onun imitasiyası?

Çərşənbə axşamı Britaniya paytaxtında "Dağlıq Qarabağ münaqişəsi - Azərbaycandan baxış" mövzusunda müzakirələrdə, o cümlədən, tərəflərin razılaşmaya hazır olub-olmadığı və mümkün sülhməramlı əməliyyatın perspektivləri təhlil edilib.
Beynəlxalq Münasibətlər üzrə Chatham House Kral Araşdırmalar İnstitutunda (Royal Institute of International Affairs) fikir mübadiləsi vaxtı qeyd olunub ki, sülh prosesində nəticələrin olmaması Bakıda məyusluğu dərinləşdirir.

İlham Əliyev: Ermənistan Azərbaycanı təxribata çəkir

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan prezident Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib
Prezident İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Herbert Salber səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

AŞPA-ya yeni sədrin seçilməsi nə vəd edir?

Əvəz Həsənov: “Pedro Aqramunt Azərbaycan lobbisinin dostu sayılır” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclasından sonra qurumda təmsil olunan Avropa Xalq Partiyası fraksiyasında Assambleyanın 2016-cı ilin yanvarında keçiriləcək sessiyasına AŞPA sədri postuna seçkilər keçirilib.  Seçkilər qrup daxilində iki namizəd, Azərbaycan üzrə keçmiş həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunt və fransalı deputat, AŞPA-nın sabiq sədri Jan-Klod Minyon arasında keçirilib. Seçkilərdə 109 nəfər iştirak edib və 75 səs lehinə, 30 səs əleyhinə olmaqla Pedro Aqramunt növbəti dövr üçün AŞPA sədri postuna seçilib. AŞPA-nın yeni sədri Pedro Aqramunt Azərbaycan üzrə həmməruzəçi olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində obyektiv mövqeyi ilə seçilib. 

понедельник, 14 сентября 2015 г.

İlham Əliyev Qarabağın həlli yolunu bəyan etdi (FOTO)

"Regional təhlükəsizlik məsələləri böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır".
Məlumata görə, bu sözləri Qazaxıstanda səfərdə olan prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində deyib.
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirən prezident bəyan edib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb: "Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır.