пятница, 30 января 2015 г.

Ermənistan siyasi-iqtisadi iflasın bir addımlığında

Əvəz Həsənov:“Bunu da xüsusi olaraq qeyd edim ki, Gümrü hadisələrindən sonra atəşkəsin pozulması halı da sürətlənəcək və Azərbaycan ordusu buna hazır olmalıdır”

Ermənistanda siyasi gərginlik artmaqda davam edir. Bir neçə gün öncə Gümrüdə rus əsgərinin bir erməni ailəsini qətlə yetirməsi Rusiya-Ermənistan münasibətlərinə ciddi təsir göstərdi.Rus əsgərinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməməsi bütünlüklə erməni toplumunun təhqir olunması kimi qəbul edildi. 
Ermənistan rəhbərliyi isə məsələyə heç bir formada müdaxilə edə bilmədi və bununla sübut olundu ki, Rusiya Ermənistanı bir dövlət kimi yeri gələndə qəbul etmir. Digər tərəfdən isə Dağlıq Qarabağda atəşkəsin sistemli şəkildə pozulması və nəticədə onlarla erməni əsgərinin ölümü də Ermənistan rəhbərliyini çıxılmaz duruma saldı. Bununlada aydın oldu ki, Ermənistan ordusu yarıtmaz vəziyyətdədir və sabah müharibə başlayarsa Azərbaycan ordusu qələbəni qısa müddətə təmin edəcək. Bununlada açıq şəkildə aydın oldu ki, 10 ildir hakimiyyətdə olan Serj Sarksyan Ermənistanı bataqlığa sürükləyib və yaxın illərdə durum daha da gərginləşəcək. Bu arada isə eks-prezident Robert Köçəryan aktivləşib. Artıq uzun müddətdir Serj Sarksyan hakimiyyətini tənqid atəşinə tutan Robert Köçəryan yenidən hakimiyyətə qayıtmaq üçün yollar arayır və deyəsən indi yaranmış durumdan maksimum dərəcədə bəhrələnməyə çalışır. Belə ki, Robert Köçəryan Gümrü şəhərində 7 nəfərin ölümü ilə nəticələnən cinayətə münasibət bildirib. Sabiq prezident hadisədən sonra rəsmi dövlət nümayəndlərinin hərəkətlərini sərt tənqid edib.
“Aydındır ki, insanların qəzəbi nəticələri öncədən bəlli olmayacaq kütləvi iğtişaşlara səbəb ola bilərdi. Bunun qarşısını almaq üçün hakimiyyət dərhal reaksiya verməli idi. İlk növbədə cinayət işinin erməni hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağı və cinayətkarın Ermənistan məhkəməsi qarşısına çıxarılacağı deyilməli idi. Çünki 1999-cu ildə bizdə belə presedent olmuşdu.
Əminəm ki, bu həm Ermənistan, həm də Rusiya tərəfi üçün önəmli idi. Belə ki, bununla ölkələr arasındakı münasibətlərə faciə kontekstində baxılmayacaqdı. Bizim məmurlar isə öz çaşqın, ziddiyyətli və qarışıq bəyanatları ilə vəziyyəti daha da gərginləşdirdilər və situasiyaya milli aşağılanma çaları qatdılar. Nəticədə insanlar öz qəzəblərini erməni polisinin üstünə tökdülər”. Maraqlıdır, bəs yaranmış bu gərginlik nə ilə sona çatacaq? Ekspertlər hesab edir ki, Ermənistanda durum bundan da qat-qat gərgin olacaq. Çünki Ermənistan iqtisadiyyatı bütünlüklə Rusiyadan aslı vəziyyətdədir və Rusiya iqtisadiyyatı hazırda çökür.Buna görə Rusiya təsir dairəsində saxladığı Ermənistan kimi dövlətlərə maliyyə dəstəyi ayırmaqdan imtina edəcək. Belə bir olayın baş verməsi isə faktiki Ermənistanı səfalətə aparacaq. Bununla yanaşı Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi də hadisələrə təsirsiz ötüşməyəcək. Müşahidəçilər hesab edir ki, Gümrü olayı daha ciddi şəkil alacaq və qarşılıqlı ittihamlar, siyasi toqquşmalarla əvəzlənəcək. Konfliktoloq Əvəz Həsənli “Unikal”a açıqlamasında bildirdi ki, Ermənistandakı durum həqiqətən faciəvi haldadır və uzun müddət də belə vəziyyətdə qalacaq:”Ermənistan bu gün həqiqətən də ağır durumdadır. Robert Köçəryanın aktivləşməsinə gəldikdə isə qeyd edək ki, Serj Sarksyanın hakimiyyət müddəti sona çatmaq üzrədir və buna görə indidən aktivləşib ki, ya özü, ya rəhbəri olduğu partiyadan kimsə hakimiyyətə gəlsin. Bunuda xüsusi olaraq qeyd edim ki, Gümrü hadisələrindən sonra atəşkəsin pozulması halı da sürətlənəcək və Azərbaycan ordusu buna hazır olmalıdır. Atəşkəsin pozulması halı ona görə artacaq ki, Ermənistan rəhbərliyi bu yolla diqqəti Gümrü proseslərindən kənarlaşdırsın”. Maraqlıdır, bəs proseslər bu şəkildə inkişaf edərsə Serj Sarksyan hakimiyyətini qoruyub saxlaya biləcəkmi? Konfliktoloq Əvəz Həsənov hesab edir ki, Serj Sarksyanın hakimiyyət müddətinə az vaxt qaldığı üçün onun devrilməsi olmayacaq:” Unutmayaq ki, bu gün erməni cəmiyyəti çevriliş etməyə hazır bir cəmiyyət deyil. Digər tərəfdən hazırda hakimiyyətdə olan klan Rusiyanın tam təsir dairəsindədir və onların devrilməsi üçün anti-rus birliyi daha güclü olmalıdır. Amma reallıq budur ki, Serj Sarksyana müxalif olan liderlər çox zəifdir”. Beləliklə güman etmək olar ki, Ermənistan hər gün barıt çəlləyinə çevriləcək və bunu nəzərə alaraq daha effektli fəaliyyət göstərmək Azərbaycanın əsas vəzifəsi olacaq.

http://unikal.org/siyaset/9460-ermjnistan-siyasi-iqtisadi-iflasdn-bir-adddmldddnda.html

Комментариев нет:

Отправить комментарий