пятница, 30 января 2015 г.

Əvəz Həsənov: “Qərb Azərbaycanla sərt danışmaqdansa ölkə daxilində islahatların keçirilməsinə meyilli siyasət aparır”

Britaniyanın “Economist İntelligence Unit-h” analitik mərkəzi “Demokratiya indeksləri - 2014” reytinq cədvəlini açıqlayıb. Təhqiq edilən 167 ölkə 4 kateqoriyaya bölünüb: tam demokratik, qismən demokratik, hibrid və avtoritar rejimli ölkələr. Reytinq cədvəlində Azərbaycan 148-ci yerə qoyulub. Ölkəmiz Belarus (125), Rusiya (132), Qazaxıstan (137), birgə avtoritar ölkələr qrupundadır. Bəzi ekspertlərə görə Qərbin bu cür reytinqlərinin nəticələrinə rəğmən Qərb Azərbaycanla adekvat davranmır.


Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, Qərb Azərbaycanı daima tənqid edir: “Azərbaycan hökumətinə islahatlar etməsi ilə bağlı çağrışlar edilir. Azərbaycan isə demokratiya və insan haqları ilə bağlı yerini o qədər də dəyişməyib.  İstər Britaniya hökuməti, istərsə də Avropanın digər ölkələri Azərbaycan hökumətini tənqid etməklə yanaşı onları islahatlara çağırır. Eyni zamanda Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanla münasibətlərini korlamaq istəmirlər. Çalışırlar ki, Azərbaycan ölkə daxilində islahatlar aparmaqla Avropanın iqtisadi əməkdaşı funksiyasını doğrultsun. Məncə Avropa Birliyi ölkələri Azərbaycanı cəzalandırmaqdan daha çox buna meyl göstərirlər.”

http://deyerler.org/239091-zhvjz-hjsjnov-vqjrb-azjrbaycanla-sjrt-dandemaqdansa-glkj-daxilindj-islahatlardn-kegirilmjsinj-meyilli-siyasjt-apardrv.html#.VMJ-uM0RmxQ.twitter

Комментариев нет:

Отправить комментарий