вторник, 17 марта 2015 г.

Azərbaycanda islahatlar "mütləq keçirilməlidir"

Dünya bazarında neft qiymətlərinin uzun müddət aşağı qalması iqtisadiyyatı neftdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda büdcə xərclərinə yenidən baxılmasını gündəmə gətirib.
Bu isə, öz növbəsində, xərclərin səmərəliliyi və struktur islahatlarının aparılması barədə yeni suallar ortaya qoyur.
BBC Azərbaycancaya danışan təhlilçilər yeni sualların cavabı kimi dövlət qurumlarının sayının azaldılmasını labüd hesab edirlər.
Millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycanda struktur islahatları "mütləq" keçirilməlidir.
"... Dövlət büdcəsindən maliyyələşən nazirliklərin, komitələrin, şirkətlərin sayı həddən artıq çoxdur. Bunları kəskin azaltmağa ehtiyac var...bilirsiniz, dünyada neftin qiyməti kəskin aşağı düşüb, dövlət büdcəsinə daxilolmalarda problemlər var. Müəyyən qurumlar ya birləşdirilməli, ya da tamamilə ləğv edilməlidir", - cənab Əhmədov deyir.

среда, 4 марта 2015 г.

Əvəz Həsənov: “Azərbaycan BMT-yə vaxtında üzv olduğuna görə SSRİ-nin dağıntıları onu tam məhv edə bilmədi”

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 23 il keçir. 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunub. BMT Təhlükəsizik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiqləyərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.