понедельник, 16 декабря 2013 г.

Qaçqın çadır şəhərciklərinin ləğvi dövlət və ictimai maraqların mühüm vəhdət layihəsi kimi...

Son 20 ildə Azərbaycan xalqının üzləşdiyi çətinliklərin sırasında qaçqınların və məcburi köçkünlərin problemləri daha dəhşətlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün erməni separatçıları tərəfindən pozulması faktı artıq dünyaya bəllidir. Bu işğal nəticəsində 1 milyondan artıq insan öz kəndlərindən, doğma yurdlarından qaçqın düşüb.
Azərbaycan dövləti erməni təcavüzü nəticəsində zərər çəkən insanlara, vətəndaşlarına çox böyük dəstək verdi, bu gün də o dəstəyi, qayğını davam etdirir. Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə insanın düçar olduğu bəlaları təsvir etməyə söz acizdir. Dövlətimiz qaçqın və məcburi köçkünlərə istənilən şəraiti yaradıb. Bu yalnız onların yaşayış yerinin təminatı ilə bağlı qayğı deyil, həm də o insanlarda yurdlarına dönəcəklərinə ümid yaradıb dövlətimiz.