Rusiyanın Türkiyə və Azərbaycana
meyilliliyi durumu dəyişdirir
Son zamanlar Ermənistnda antirus kompaniyası güclənir və bu səbəbdən yeni maraqlı məqamlar ortaya çıxır. İlk zamanlarda Rusiya ilə sıx inteqrasiya tərəfdarı olan erməni cəmiyyəti indi bütün problemlərin səbəbi kimi Rusiyanı görür. Artıq 6 aydan çoxdur ki, bu proses davam edir və artıq idarəolunmaz hala çatıb.
Bir neçə gün öncə Ermənistandakı rus əsgərinin bir erməni ailəsini qətlə yetirməsi durumu daha da kəskinləşdirib. Amma deyəsən bu etirazlar birtərəfli deyil və ermənilər kimi ruslar da bu durumdan xoşhal deyillər və etirazlarını artıq açıq şəkildə bildirməyə başlayıblar.
Belə ki, Ermənistanın Gümrü şəhərində rus hərbçisinin
bir ailənin altı üzvünü öldürməsi faktından sonra bu ölkədə fəaliyyət göstərən
Rusiya hərbi bazaları ilə bağlı yeni faktlar üzə çıxıb.Bildirilir ki, 2013-cü
ilin sonlarından bəri Ermənistandakı rus hərbi bazalarından tez-tez şikayətlər
daxil olur. Bu barədə Rusiya Əsgər Anaları Komissiyası, Müdafiə Nazirliyi
yanında ictimai şuraının üzvü Valentina Melnikova məlumat verib.Onun sözlərinə
görə, 2009-2013-cü ilə qədər orada tam sakitlik hökm sürüb, əsgər və onların
analarından heç bir şikayət daxil olmayıb: “Hardasa 2013-cü ilin sonlarından
başlayaraq həmin hərbi hissələrdən tez-tez şikayətlər daxil olmağa başladı. Deyə
bilmərək ki, onlar kütləvi idi, lakin istənilən halda var idi. Əsasən şikayət
edilirdi ki, hərbi qulluqçuların pullarını əllərindən alırlar, təhqir edirlər,
vaxtında xəstəxanaya müalicə üçün göndərilmirlər. Bizə yardım üçün müraciət edən
əsgərlər bunda öz yoldaşlarını, hərbi hissələrini deyil, məhz kiçik zabitləri
günahlandırırdılar”.Bununla yanaşı aydın olur ki, Rusiyaya məxsus hərbi bazanın
yerləşdiyi ərazilərdə yerli erməni sakinlər hərbçilərə açıq nifrətlə yanaşır və
tez-tez aralarında münaqişələr yaranır.Son qətl hadisəsindən sonra isə bu
münasibətlər daha da pisləşib.Hesab edirlər ki, yerli erməni sakinlər bunun
intiqamını almaq üçün fürsət gözləyirlər. Maraqlıdır, bəs belə bir durumun
yaranma səbəbləri nədir?. Ekspert Əvəz Həsənov “Unikal” a açıqlamasında bunun
bir neçə ciddi səbəbinin olduğunu dedi :” İlk növbədə qeyd edim ki, Ermənistan
Rusiyadan və Gömrük İttifaqından çox şey gözləyirdi və buna görə yeni ittifaqa
qoşuldu. Amma burada ciddi yanlışlığa yol verdilər. Çünki hesab edirdilər ki,
Rusiyanın şərtini qəbul edərək Gömrük İttifaqının üzvü olandan sonra Rusiya
Dağlıq Qarabağla bağlı konkret mövqe ortaya qoyacaq və bu Azərbaycanın
maraqlarına cavab verməyəcək. Amma bunun tam əksini gördülər. Aydın oldu ki,
Rusiya ittifaq üzvü olan Qazağıstan və Belorusiyanın şərtləri ilə hərəkət
etdi.Bu da Azərbaycanın maraqlarına cavab verir. Məhz buna görə Ermənistan
Rusiyaya artıq inanmır və buna görə etirazlar artır. Başqa bir səbəb isə erməni
“soyqırım”ının 100 illiyi ilə bağlıdır. Ermənilər yenə hesab edirdilər ki,
Avropa və Rusiya “soyqırım”ın 100 illiyində onlara dəstək verəcəklər. Amma
prosesin gedişi zamanı məlum oldu ki, Avropa buna maraqlı deyil və bütün ümidlər
Rusiyaya yönəldi. Rusiya isə gözlənilmədən Türkiyəyə yaxınlaşdı və hazırda
starteji müttəfiqlik səviyyəsində addımlar atılır. Deməli belə olan halda
Rusiya erməni “soyqırım”ı məsələsində Ermənistanın yanında olmayacaq.Çox böyük
ehtimal ki, Türkiyə ilə münasibətləri daha da dərinləşdirməyə çalışacaq. Ermənilər
isə bunu açıq şəkildə xəyanət hesab edirlər və buna görə aqressiya daha çox
artacaq. Nəhayət, erməni cəmiyyəti Rusiya hərbi bazasının Ermənistanda yerləşməsinin
tərafdarı deyillər. Sadəcə olaraq məcburiyyətdən bununla razılaşıblar. İndi isə
bunun mənasız olduğunu düşünürlər”. Yeri gəlmişkən bunu da qeyd edək ki, ötən
il Rusiya Ermənistandakı bazasını iki dəfə böyüdüb. Bu isə faktiki Ermənistanın
işğalı deməkdir. Başqa cür desək, dünənə qədər Ermənistan Rusiya bazasının ölkədən
çıxmasına nail ola bilərdisə artıq bu mümkünsüzdür. Amma başqa bir məsələ var
ki, dünyada baş verən proseslər, regional oyunlar sübut edir ki, Rusiya hər
zamankı kimi artıq Ermənistanın nazı ilə oynamayacaq. Ən azından bu gün
Rusiyanın əməkdaşlıq etdiyi və Ermənistandan qat-qat üstün olan Belorusiya,
Qazağıstan və nəhayətdə Türkiyə Rusiyaya bu şansı tanımayacaqlar.Rusiya Ermənistana
görə bu qüvvələrdən imtina etmək niyyətində deyil. Görünür bunu hiss edən erməni
lobbisi hazırda bütün gücünü səfərbər edərək Avropa-Ermənistan münasibətlərini tənzimləmək
istəyirlər. Amma ekspertlər güman edir ki, erməni lobbisi buna müvəqqəti
olaraq, erməni “soyqırım”ı zamanı nail olacaq.Bundan sonra Avropa Ermənistan
qarşısında daha konkret şərtlər qoyacaq. Çünki Ermənistan Gömrük İttifaqına üzv
olmağa hazırlaşanda Avropa Birliyinin rəhbərliyi açıq şəkildə bəyan etmişdi ki,
Ermənistanla iqtisadi və siyasi əlaqələrə yenidən baxılacaq.Bununlada aydın
oldu ki, Ermənistan rəhbərliyinin son 10 il ərzində həyata keçirdiyi siyasət
tam iflasa uğradı və Azərbaycanın xarici siyasəti məqsədinə nail oldu. Belə ki,
prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistanın yürütdüyü siyasət
bu ölkəni beynəlxalq aləmdən təcrid edir.Azərbaycan Ermənistanı transmilli
layihələrdən kənarda saxlamaqla Dağlıq Qarabağ problemini həll edəcək. Bu gün
isə İlham Əliyevin dedikləri öz təsdiqini tapdı.Son zamanlar Ermənistnda antirus kompaniyası güclənir və bu səbəbdən yeni maraqlı məqamlar ortaya çıxır. İlk zamanlarda Rusiya ilə sıx inteqrasiya tərəfdarı olan erməni cəmiyyəti indi bütün problemlərin səbəbi kimi Rusiyanı görür. Artıq 6 aydan çoxdur ki, bu proses davam edir və artıq idarəolunmaz hala çatıb.
Bir neçə gün öncə Ermənistandakı rus əsgərinin bir erməni ailəsini qətlə yetirməsi durumu daha da kəskinləşdirib. Amma deyəsən bu etirazlar birtərəfli deyil və ermənilər kimi ruslar da bu durumdan xoşhal deyillər və etirazlarını artıq açıq şəkildə bildirməyə başlayıblar.
http://unikal.org/son_deqiqe/9387-ermjniljrin-rusiyaya-nifrjti.html
Комментариев нет:
Отправить комментарий