пятница, 30 января 2015 г.

"Bir azərbaycanlının belə azad olunması üçün..."

15 il bundan əvvəl, yanvarın 22-də bir iş elanına əsasən göndərdiyim CV-yə görə mən müsabiqədən keçdim və Almaniyada yerləşən İtkin düşmüş şəxslərin axtarışı üzrə Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə nümayəndəsi seçildim.
Böyük məmnuniyyətlə bizim qrupun həmsədrləri - Almaniyalı hüquq müdafiəçisi Bernhard Clasen, Rusiyalı hüquq müdafiəçisi Svetlana Gannuşkina və Gürcüstanlı ekspert Paata Zakeiraşvilinin rəhbərliyi altında o zaman üçün ən çətin missiyanı: əsir və girovların axtarışı işini həyata keçirdik.

Ermənistan siyasi-iqtisadi iflasın bir addımlığında

Əvəz Həsənov:“Bunu da xüsusi olaraq qeyd edim ki, Gümrü hadisələrindən sonra atəşkəsin pozulması halı da sürətlənəcək və Azərbaycan ordusu buna hazır olmalıdır”

Ermənistanda siyasi gərginlik artmaqda davam edir. Bir neçə gün öncə Gümrüdə rus əsgərinin bir erməni ailəsini qətlə yetirməsi Rusiya-Ermənistan münasibətlərinə ciddi təsir göstərdi.Rus əsgərinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməməsi bütünlüklə erməni toplumunun təhqir olunması kimi qəbul edildi. 

Əvəz Həsənov: “Qərb Azərbaycanla sərt danışmaqdansa ölkə daxilində islahatların keçirilməsinə meyilli siyasət aparır”

Britaniyanın “Economist İntelligence Unit-h” analitik mərkəzi “Demokratiya indeksləri - 2014” reytinq cədvəlini açıqlayıb. Təhqiq edilən 167 ölkə 4 kateqoriyaya bölünüb: tam demokratik, qismən demokratik, hibrid və avtoritar rejimli ölkələr. Reytinq cədvəlində Azərbaycan 148-ci yerə qoyulub. Ölkəmiz Belarus (125), Rusiya (132), Qazaxıstan (137), birgə avtoritar ölkələr qrupundadır. Bəzi ekspertlərə görə Qərbin bu cür reytinqlərinin nəticələrinə rəğmən Qərb Azərbaycanla adekvat davranmır.

Ermənilərin Rusiyaya nifrəti

Rusiyanın Türkiyə və Azərbaycana meyilliliyi durumu dəyişdirir

Son zamanlar Ermənistnda antirus kompaniyası güclənir və bu səbəbdən yeni maraqlı məqamlar ortaya çıxır. İlk zamanlarda Rusiya ilə sıx inteqrasiya tərəfdarı olan erməni cəmiyyəti indi bütün problemlərin səbəbi kimi Rusiyanı görür. Artıq 6 aydan çoxdur ki, bu proses davam edir və artıq idarəolunmaz hala çatıb. 

Bir neçə gün öncə Ermənistandakı rus əsgərinin bir erməni ailəsini qətlə yetirməsi durumu daha da kəskinləşdirib. Amma deyəsən bu etirazlar birtərəfli deyil və ermənilər kimi ruslar da bu durumdan xoşhal deyillər və etirazlarını artıq açıq şəkildə bildirməyə başlayıblar.

ATƏT sədri Azərbaycan və Ermənistan prezidentlərini birbaşa təmasa çağırdı

ATƏT-in yeni icraçı sədri, Serbiyanın xarici işlər naziri İviça Daçiç erməni işğalçı qoşunları ilə təmas xəttində son vaxtlar yaşanan gərginlikdən narahat olduğunu bildirib. 

Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi məlumata görə, tərəfləri atəşkəs rejimini tam təmin eləməyə, vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməyə çağıran təşkilat sədri son qarşıdurmalar nəticəsində insan ölüm ilə bağlı təəssüfünü dilə gətirib.

Girovluqda saxlanılan soydaşılırımızın «əfv»i gündəmə gəlib

Əvəz Həsənov: «Ermənilər müxtəlif yolla özlərinə müsbət imic yaratmaq istəyirlər»
 Yeddi aydır girovluqda olan soydaşlarımızın azad edilməsi ilə bağlı müvafiq işlər aparılır. Artıq beynəlxalq təşkilatlar tərəfindən də Ermənistan tərəfinə müəyyən mesajlar verilib. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunması ilə bağlı məsələyə toxunub: «Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var.

пятница, 16 января 2015 г.

İlham Əliyev Ankarada Türkiyə liderlərilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında iştirak etmək üçün Ankarada səfərdədir. İclas Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilir.
İlham Əliyevlə Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında keçirilən görüşdə söhbət iki ölkə arasında "siyasi, iqtisadi, energetika və digər sahələrdə" əlaqələrin inkişafını əhatə edib, rəsmi məlumatda deyilir.

Yerevan: Rusiya əsgərini Ermənistana təhvil vermək tələbilə aksiya

Ermənistan paytaxtında Rusiya səfirliyi qarşısına toplaşan etirazçılar Gümri şəhərində bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan Rusiya əsgərinin Ermənistana təhvil verilməsini tələb ediblər.
Valeri Permyakov bazar ertəsi Yerevandan qərbə doğru 120 kilometr aralıqda yerləşən Gümri şəhərində Avetisyan ailəsinin 6 üzvünü öldürməkdə ittiham olunur.
Olaydan bir gün keçmiş Gümri şəhəri yaxınlğındakı 102 saylı Rusiya hərbi bazasında xidmət edən əsgər Ermənistan-Türkiyə sərhəddini keçməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən yaxalanıb.

Konfliktoloqdan rəsmi Bakıya tövsiyyə

"Azərbaycan tərəfi monitorinq zamanı insidentlər barədə ATƏT-in fəaliyyətdə olan sədrinə hesabatını təqdim etməlidir"
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, konfliktoloq Əvəz Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri istiqamətində atəş açılmasını monitorinqin keçirilməsinə erməni tərəfinin təxribatı adlandırıb.