пятница, 27 июня 2014 г.

Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 3-cü ümumi toplantısı


İyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzinin mətbuat zalında Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 3-cü ümumi toplantısı keçirilmişdir.
Sayca üçüncü ümumi yığıncağın iştirakçıları noyabr ayında keçirilən sonuncu toplantıdan sonra şəbəkənin fəaliyyəi ilə bağlı hesabatla tanış olmuş, 2013-cü ilin sonlarında 10 təşkilat tərəfindən icra olunmuş kiçik layihələrin hesabatını dinləmişlər. Toplantıya Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılmışdılar.
Bu Humanitar Tədqiqatlar Cəmiyyətinin icra etdiyi, Barışıq Resursları təşkilatı və Avropa Birliyinin maliyyələşdirdiyi “Məcburi köçkünlərə diqqətin artırılması” layihəsinə əsasən Bakıda keçirilən sayca üçüncü görüşdür.

понедельник, 23 июня 2014 г.

Mətbuat üçün açıqlama

İyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzinin mətbuat zalında Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 3-cü ümumi toplantısı keçiriləcəkdir. Toplantıya Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılacaqdır.

пятница, 20 июня 2014 г.

Məcburi köçkünlər Müşfiqabad qəsəbəsinə köçmək istəmir

ANS TV-nin məlumatına görə, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 824/835 ünvanında yaşayan məcburi köçkünlərin Müşfiqabad qəsəbəsinə köçürülməsi etirazla qarşılanıb. Onlar Mehdiabad qəsəbəsinə köçürülmələrini istəyirlər. Əslində məcburi köçkünlər indi yaşadıqları şəraitdən də narazıdırar. Onların yaaşdıqları yer Milil Elmlər Akademiyasına məxsus Elmi labaratoriya olub. İndi ərazi iş adamı tərəfindən özəlləşdirilib. Elə məcburi köçkünlərin köçürülmə zərurəti də bundan sonra yaranıb. Hazırda ərazinin hasarlanması məcburi köçkünlərin havasızlıq şəraitində yaşaması ilə nəticələnib. Həmçinin otaqlar da dar və şəraitsizdir. İllərdir təmir olunmadığından divarlar uçub-tökülür.