среда, 15 января 2014 г.

“Məcburi köçkünlər üçün dünyaya pəncərə”

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin Barışıq Resursları təşkilatının maliyyəsi ilə noyabrından əvvəllərindən başladığı yeni layihə “Məcburi köçkünlər üçün dünyaya pəncərə” adlanır. Layihə rəhbəri Fərman Nəbiyevin dediyinə görə, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaı istiqamətində hökumət ciddi tədbirlər həyat keçirsə də, köçkünlərin informasiya ilə təminatı arzu olunan səviyyədə deyil: “Onların əksəriyyətinin internetə çıxışı yoxdur, xüsusən gənclər əsasən ticarətlə məşğul olur və boş vaxtlarını çayxanalarda nərd, domino oynamaqla keçirirlər. Yaşlı nəslin nümayəndələr də aktiv həyatdan uzaqdırlar. Köçkün icmasında araşdırma aparılarkən onların nə Bakıda, nə də Mingəçevirdə çıxan qəzetləri almadıqları üzə çıxıb. Bunun bir neçə səbəbi vardır: Birincisi, bu insanlara qəzet oxumağı yadırğadıblar. İkinci başlıca səbəb isə, KİV-də onların problemləri barədə yazıların verilməməsidir. Təbii ki, bu insanlar özləri barədə yazılmadığı qənaətinə gəldikləri üçün bu qəzetləri oxumağa maraq göstərmirlər”.