вторник, 28 июля 2015 г.

4013 azərbaycanlı əsir, itkin və girov kimi qeydiyyatdadır - Rəsmi MƏLUMAT

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət KomissiyasındanModern.az-a verilən məlumata görə, 1 iyul 2015-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4013 nəfər təşkil edib. Onlardan 3253 nəfər hərbçi, 756 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. 

Mülki şəxslərdən 60 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (18 nəfər azyaşlı qız), 253 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). 

Əsir, itkin düşmüş 4013 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. 

“Qarabağ danışıqları”na generallar qoşulur

Münaqişə ətrafındakı situasiyada təhlükəli dönüş; Kreml və İrəvan Bakı əleyhinə yeni anlaşma içində; Putinin kəşfiyyat generallarını Ermənistana yollamasının pərdəarxası; KTMT baş katibi Bordyujadan bir gün sonra QRU başçısının da İrəvana getməsi təsadüfdümü? Rusiya “bir güllə ilə 3 dovşan” hədəfləyib...

Ötən həftə Qarabağ məsələsi ətrafında həm diplomatik, həm də hərbi alanda əhəmiyyətli hərəkətliliklə yadda qaldı. Həftənin əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri və Avropa Birliyi Şurasının sədri Donald Tusk İrəvan və Bakıda oldular, həftəsonu isə atəşkəs rejimi qəfildən, növbəti dəfə təhlükə altına düşdü.

понедельник, 27 июля 2015 г.

Qarabağ haqda hələ belə açıq danışılmamışdı


“Dağlıq Qarabağ münaqişəsinin həlli haqda hələ belə açıq danışılmamışdı” - sosial şəbəkələrdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in son müsahibəsini paylaşanlar belə yazır.
Düzdür, bu xəbər son olayların fonunda kölgədə qaldığından elə də diqqət çəkməyib. Həmsədr axırıncı müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda açıq-aşkar danışır.

вторник, 14 июля 2015 г.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, dövlət katibi, nazir müavini Qriqori Karasin də həmsədrlər, James Warlick (ABŞ), Pierre Andrieu (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.
Bazar ertəsi keçirilən görüşdə həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

воскресенье, 12 июля 2015 г.

Hakimiyyət ciddi şəkildə Rusiya təbliğatına başlayıb

Zahid Oruc: «7 rayonun qaytarılması, Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqqında deyilənlər əsassız deyil»
Hikmət Hacızadə: «Rusiya yalnız bir halda Qarabağı Azərbaycana güzəştə gedə bilər, o yol isə ölkəmizin suverenliyini tam formada itirməsinə aparır»

Məcburi köçkünlərin nəzərinə!

Fərarilik etmiş, il ərzində 182 gündən artıq xaricdə olmuş və deputat seçilmiş məcburi köçkünlərə müavinət verilməsi dayandırılacaq
 
Azərbaycanda məcburi köçkün statusu olan şəxslərə hansı hallarda yemək xərci üçün aylıq müavinət verilib-verilməyəcəyi müəyyənləşib.
 
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı” yeni redaksiyada təsdiq edib.

четверг, 9 июля 2015 г.

Britaniyalı siyasətçilər: “Artıq Ermənistanın Dağlıq Qarabağın işğalındakı rolunu etiraf etməyin vaxtı çatıb”

Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” (ərizə No. 13216/05) işi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədələtin təntənəsi kimi dəyərləndirilib.

Publika.az xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.

среда, 1 июля 2015 г.

Azərbaycan iqtisadiyyatını Avropa Oyunlarından sonra nə gözləyir?

İki ilə yaxın hazırlıq və iri büdcəsi ilə tanınan ilk Avropa Oyunları başa çatdıqdan sonra diqqət, Azərbaycanın iqtisadi vəziyyətindədir.
Bəzi təhlilçilər deyir ki, Azərbaycanın ev sahibliyini etdiyi ilk Avropa Oyunlarının iqtisadiyyata təsiri hələ özünü biruzə verməsə də, fəsadları bir müddətdən sonra görünəcək. Digərləri isə, milli iqtisadiyyatın vəziyyətilə Avropa Oyunları arasında heç bir əlaqə görmür.
İlk dəfədir Azərbaycanda keçirilən #Baku2015 Avropa Oyunları 12-28 iyun tarixində Bakıda baş tutub. Bazar ertəsi, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədəki hərbi hissələrdə olub

 Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.   

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib. 

Etirazlar Ermənistana nə vəd edir?

Rövşən Rzayev: “Sərkisyan rejimi birmənalı şəkildə devriləcək”
Əvəz Həsənov: “Burada müəyyən qədər Köçəryanın maraqları görünür”
 Ermənistanda elektrik enerjisinin istehlak qiymətlərinin artırılması əhalinin ciddi narazılığına səbəb olmaqla yanaşı, həm də etiraz aksiyalarının dayanmadan davam etməsinə gətirib çıxarıb. 
 Amma əhalini birdən-birə küçələrə çıxmağa vadar edən, həqiqətənmi, elektrik enerjisinin qiymətinin artımı oldu?