четверг, 19 февраля 2015 г.

Xocalı Avropa Parlamentinin diqqətində – GÜNDƏM

Bəyannamə Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanıb

Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa İnsitutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış Bəyannamə qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bəyannamədə Avropa parlamentlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğın ən ağır cinayətlərdən biridir: “Bir gecədə şəhərin əksəriyyəti yaşlı, uşaq və qadın olan 613 dinc sakininin vəhşiliklə qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciəsidir”.

среда, 18 февраля 2015 г.

“Azərbaycanda inqilabdan söhbət gedə bilməz”

Dövlət katibinin müavini Viktoriya Nuland Bakı səfərində mühüm bəyanatlar verdi; ABŞ-la Azərbaycan arasında ikitərəfli strukturun yaradılması barədə razılıq əldə olundu

Xəbər verildiyi kimi, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland dekabrın 16-da axşam saatlarında Bakıya gəlib. Onu Bakı hava limanında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qarşılayıb.

Amerikalı diplomat Bakıda prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşüb. Danışıqların yekunları ilə bağlı ABŞ səfirliyində keçirilən brifinqdə diplomat təmaslardan razılığını ifadə edib. “Prezident Əliyev və nazir Məmmədyarovla çox yaxşı, məzmunlu və səmimi görüşlərimiz oldu.

понедельник, 16 февраля 2015 г.

Əvəz Həsənov: “Azərbaycan önəmli tədbirlər ərəfəsində fərqli imic formalaşdırmaq istəyir”

Avropa Şurası Parlament Assambleyasının Azәrbaycan üzrә yeni hәmmәruzәçisi, polşalı Tadeuş İvinski martın əvvəlində Bakıya səfər edəcək. Səfərin mәqsәdi Azәrbaycanın öhdәliklәri yerinә yetirilmәsi ilə bağlı vәziyyәti öyrәnmәkdir. Azәrbaycan rәsmilәri, millәt vәkillәri, hüquq müdafiәçilәri və media nümayәndәlәri ilə görüşləri gözlәnilir. Sәfәr zamanı hәmçinin noyabrda keçirilәcәk parlament seçkilәrinə hazırlıqla bağlı vәziyyәt öyrәnilәcәk. 

четверг, 12 февраля 2015 г.

Əvəz Həsənov: “Heydər Əliyev əlimi sıxıb dayandı və...”

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu günün təsis olunması prosesinin şahidlərindən biri Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov həmin tarixi günü xatırlayır. Bugun.az Əvəz Həsənovun xatirələrini təqdim edir.
Azərbaycanda Gənclər gününün təsis olunduğu zaman və məkanı yaxşı xatırlayıram. 1996-cı il Respublika Sarayında mərhum prezident Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin 1-ci ümumrespublika forumu keçirildi və ölkənin aparıcı siyasi partiyalarının gənclər qurumları və müstəqil gənclər təşkilatlarının rəhbərləri bu foruma qatıldılar. 8 saat ərzində ölkə televiziyası ilə birbaşa yayımlandı. Bütün aparıcı təşkilatların rəhbərlərinə çıxış üçün söz verildi. H.Əliyevin 2 saatlıq çıxışı oldu.

Vəfa Quluzadə Moskva ilə Vaşinqtonun çəkişməsində Azərbaycanın itirə biləcəyini deyir

VƏZİYYƏT TƏHLÜKƏLİDİR
 - Rusiya Azərbaycanı dağıdır və Vaşinqton da susaraq seyr edir ki, onsuz da Rusiyanı 2-3 ilə dağıdacağıq.
- Azərbaycanla Ermənistan arasında müharibə yenidən başlana bilər.
Bu cür ürəkaçmayan proqnozu keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə verir, son günlər atəşkəsin pozulmasını və Qafqazın iki dövləti arasında səngiməyən ittihamları şərh edərkən deyir:
- Və bu müharibə Rusiyanın müharibəsi olacaq. Ermənistan cəmiyyəti müharibə haqqında düşünmür. O, indiki marionetka hakimiyyətdən canını qurtarıb üzünü Avropa Birliyinə çevirmək istəyir. O ki qaldı son günlər sərhədboyu aktivliyə, Ermənistanın bu qədər silah-sursata pulu yoxdur, bir güllə bir dollardır. Son günlərdə Ermənistan Azərbaycana atəş açır, Azərbaycan da Ermənistana. Bunun da arxasında Rusiya durur.

ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidirmi? - ümidsizlik və mandatın imkanları

Ermənistan-Azərbaycan münaqişəsində irəliləyiş yoxdur və gözlənilmir, ATƏT-in Minsk qrupu vasitəçi deyil, söz daşıyandır, Minsk qrupunun formatı dəyişdirilməlidir, münaqişə ilə bağlı danışıqlar dayanıb, Ukrayna böhranının, daxili ictimai-siyasi durumun münaqişənin nizamlanmsı prosesinə təsirləri və s. Bu və digər məsələlər fevralın 10-da Humanitar Tədqiqatlar Cəmiyyətinin “ATƏT-in Minsk qrupu: ümidsizlik və yaxud mandatın imkanları” mövzusunda keçirdiyi dəyirmi masada əsas müzakirə mövzuları olub.

Girovluqda saxlanılan soydaşılırımızın «əfv»i gündəmə gəlib

Əvəz Həsənov: «Ermənilər müxtəlif yolla özlərinə müsbət imic yaratmaq istəyirlə
 Yeddi aydır girovluqda olan soydaşlarımızın azad edilməsi ilə bağlı müvafiq işlər aparılır. Artıq beynəlxalq təşkilatlar tərəfindən də Ermənistan tərəfinəəyyən mesajlar verilib. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunması ilə bağlı məsələyə toxunub: «Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var. Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə ikitərəfli münasibətlərində mövcud olan kanallarla qəbul olunur».