понедельник, 5 августа 2013 г.

Azərbaycan və Gürcüstanın Məcburi Köçkünlər Şəbəkələri arasında əməkdaşlıq genişləndirilir

Gürcüstanının vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda məcburi köçkünlərlə bağlı görülən işlərlə tanış olub. Bu məqsədlə Gürcüstanın «Snergiya» Məcburi Köçkünlər Şəbəkəsinin üzvləri iki gün Bakıda olub. Səfər çərçivəsində Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi və «Snergiya» Məcburi Köçkünlər Şəbəkəsi üzvlərinin iştirakı ilə iki günlük dəyirmi masa təşkil edilib. Tədbirdə Barışıq Resursları (Conciliation Resources) təşkilatının Qafqaz layihə meneceri Laurense Broers və Mira Sovakar iştirak edib. Tədbir çərçivəsində Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən Məcburi Köçkünlər Şəbəkələrinin həyata keçirdiyi işlərlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri məcburi köçkünlərlə bağlı həyata keçirdikləri layihələrlə barədə həmkarlarını məlumatlandırıb. Tədbir çərçivəsində Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi və «Snergiya» Məcburi Köçkünlər Şəbəkəsi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə edilib. Gələcəkdə qarşılıqlı səfərlərin təşkili ilə təcrübə mübadiləsinin daha da artırılması ilə bağlı ilkin razılıq əldə olunub.
Həmçinin, Snergiya» Məcburi Köçkünlər Şəbəkəsinin təmsilçiləri Azərbaycanda məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar. Onlar Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan köçkünlərlə görüşüblər. Məcburi köçkünlər üçün Mehdiabad qəsəbəsində və Binəqədi rayonunda salının qəsəbələrə də baş çəkən Gürcüstandan və Böyük Britaniyadan gələn qonaqlar onalara yaradılan şəraitlə tanış olublar. Həmçinin, məcburi köçkünlərin problemlərini onların öz dillərindən eşidiblər.
Qeyd edək ki, Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin üzvləri martın 13-dən 17-dək Gürcüstanda məcburi köçkünlərlə bağlı aparılan işlərlə tanış olublar. Gürcüstana növbəti səfərin bu ilin sentyabrında gerçəkləşdirilməsi nəzərdə tutulur.

Комментариев нет:

Отправить комментарий