вторник, 28 апреля 2015 г.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda işinə başlayan III Qlobal Bakı Forumunun giriş sessiyası ilə işini davam etdirib. 
Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Boliviyanın sabiq Prezidenti Jorge Quiroqanın moderatorluğu ilə keçən panel iclasında “Yeni dünya düzəninin başlıca problemləri” müzakirə edilib. Sessiyada Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Kanadanın keçmiş Baş naziri Jan Kretien, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Yunanıstanın keçmiş Baş naziri George Papandreou, Sloveniyanın sabiq prezidenti Danilo Türk, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa çıxış edib. 

воскресенье, 26 апреля 2015 г.

Hollande və Əliyev Dağlıq Qarabağ tənzimləməsini “müzakirə ediblər”

Görüş barədə rəsmi məlumatda Fransa və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ münaqişəsilə ilə bağlı fikir mübadiləsinin aparıldığı bildirilir.
"Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi", - prezident administrasiyasının yaydığı xəbərdə deyilir.

понедельник, 20 апреля 2015 г.

“Çıxış yolu yalnız dialoqdur” – AŞPA sedri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının birinci iş günündə qurumun sədri xanım Ann Brassör jurnalistlərə sessiya ərzində müzakirə ediləcək əsas məsələlər haqqında məlumat verib.

APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA rəhbəri son zamanlar Avropaya üz tutan qaçqınların vəziyyətinə və aprelin 19-da Aralıq dənizində 700 nəfərə yaxın insanın batmasına toxunub.

четверг, 16 апреля 2015 г.

“Azərbaycanın və Ermənistanın barmaqları tətikdədir”- Qərbli ekspert Qarabağdan yazdı

“Tammiqyaslı müharibə hətta tərəflər onu etmək istəməsələr də baş verə bilər”
ABŞ mətbuatında silahlı münaqişə və müharibələr barədə maraqlı təhlilləri ilə tanınan, jurnalist və hərbi ekspert Jack Mulcaire nüfuzlu “The National Interest” jurnalında yazır ki, Ukraynadan tutmuş Nigeriyayadək diplomatiya silahlı münaqişələr qazanının qapağını bağlı saxlamağın öhdəsindən zorla gəlir. Onun fikrincə, sabahkı müharibələri bu gün öncədən görmək üçün narahat məkanlara diqqət yetirmək lazımdır.
“Bu mənada oxucuların diqqətini 2015-ci ilin yatmaqda olan qaynar nöqtəsinə Dağlıq Qarabağa çəkmək istərdim” – yazır Jack Mulcaire.
Qarabağ müharibəsinin qısa tarixçəsini verdikdən sonra müəllif belə bir sual edir: Dağlıq Qarabağı xüsusilə təhlükəli edən nədir?

Bakı Rusiyanın Beeline şirkətinə xəbərdarlıq edib

Azərbaycan Rusiyanın Beeline telekommunikasiya şirkətini Dağlıq Qarabağ ərazisində fəaliyyəti ilə Beynəlxalq Telekommunikasiya İttifaqının qayda və təlimatlarını ciddi şəkildə pozmaqda günahlandırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın Beeline şirkətinin artıq uzun müddət ərzində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom ilə əməkdaşlığı ciddi narahatlıq doğurduğunu bildirib.

воскресенье, 5 апреля 2015 г.

Əvəz Həsənov: “Sonuncu yol girovluqdakı vətəndaşları millətin yolunda özünü fəda vermiş insanlar elan edib, onları rəmzə çevirməkdir” - MÜSAHİBƏ

Azərbaycan son aylarda erməni girovluğuna düşən vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ ki, xilas edə bilmədi. Uydurma “DQR” də qurulan məhkəmə məzhəkəsində onlara müvafiq olar ömürlük və 22 il həbs oxundu. Bəzi ekspertlərimiz bu məsələdə hökuməti ittiham edərək vurğulayır ki, əslində girovlarımızla bağlı zamanında adekvat addımlar atılsaydı, onları tezliklə azad etmək olardı. Lakin göründüyü kimi belə olmadı. İndi düşündürücü məqamlardan biri də budur ki, bundan sonra necə, onları xilas etmək üçün çıxış yolları varmı?