вторник, 4 февраля 2014 г.

Ödənişsiz kompyuter kurslarını bitirənlərə sertifikatlar verilib

Regional İnsan Hüquqları və Media Mərkəzi məcburi köçkün gənclər üçün təşkil etdiyi ödənişsiz kompyuter kursları yekunlaşıb. Bərdə rayonunda həyata keçirilən «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edib. layihənin məqsədi məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və  məşğulluğunun artırılmasına nail olmaqdır. Layihə çərçivəsində məcburi köçkün ailələrindən olan şəxslərə üç ay müddətində kompyuter bilikləri verilib. Layihədən birbaşa Bərdə şəhərində yaşayan məcburi köçkün ailələrindən olan 20 nəfər faydalanıb. Layihənin yekunu ilə bağlı Bərdə rayonunda tədbir keçirilib. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat verilib.