вторник, 6 августа 2013 г.

Kiçik qrant elanı

Humanitar Tədqiqatlar Cəmiyyəti və Barışıq Resursları təşkilatı «Məcburi Köçkünlər üzrə İş şəbəkəsi” layihəsi çərçivəsində 2013-cü ilin sentyabr – dekabr ayları ərzində icra olunması planlaşdırılan kiçik layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edir. Müsabiqədə Məcburi Köçkünlər üzrə İş şəbəkəsinə üzv olan və yaxud məcburi köçkün icmaları ilə işləyən təşkilatlar iştirak edə bilərlər. Müsabiqənin məqsədi şəbəkə üzvü olan təşkilatların potensialını artırmaqla, onların məcburi köçkünlərin sosial, mədəni və hüquqi problemlərinin həll olunmasında dayanıqlı fəaliyyətini təmin etməkdən ibarətdir.

понедельник, 5 августа 2013 г.

Azərbaycan və Gürcüstanın Məcburi Köçkünlər Şəbəkələri arasında əməkdaşlıq genişləndirilir

Gürcüstanının vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda məcburi köçkünlərlə bağlı görülən işlərlə tanış olub. Bu məqsədlə Gürcüstanın «Snergiya» Məcburi Köçkünlər Şəbəkəsinin üzvləri iki gün Bakıda olub. Səfər çərçivəsində Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi və «Snergiya» Məcburi Köçkünlər Şəbəkəsi üzvlərinin iştirakı ilə iki günlük dəyirmi masa təşkil edilib. Tədbirdə Barışıq Resursları (Conciliation Resources) təşkilatının Qafqaz layihə meneceri Laurense Broers və Mira Sovakar iştirak edib. Tədbir çərçivəsində Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən Məcburi Köçkünlər Şəbəkələrinin həyata keçirdiyi işlərlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri məcburi köçkünlərlə bağlı həyata keçirdikləri layihələrlə barədə həmkarlarını məlumatlandırıb. Tədbir çərçivəsində Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi və «Snergiya» Məcburi Köçkünlər Şəbəkəsi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə edilib. Gələcəkdə qarşılıqlı səfərlərin təşkili ilə təcrübə mübadiləsinin daha da artırılması ilə bağlı ilkin razılıq əldə olunub.

Məcburi Köçkünlər üzrə Şəbəkə yaradılıb

Şəbəkə məcburi köçkünlərin problemlərinin aktuallaşdırılması və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına çalışacaq.Azərbaycanın bu gün də ən böyük problemi Dağlıq Qarabağ münaqişəsi və doğma yurdlarından didərgin düşən insanlarla bağlıdır. Dövlət məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu problemin həllinə ölkədə fəaliyyət göstərən ayrı-ayrı vətəndaş cəmiyyəti institutları da töhfə verməyə çalışır.