среда, 27 мая 2015 г.

Səfir: Fransa Dağlıq Qarabağın separatçı rejimini dəstəkləmir (ƏLAVƏ OLUNUB)

"Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin separatçı rejimini dəstəkləmir. Eyni zamanda, Paris bu rejimin nümayəndələrinin Fransaya səfərinə nəzarət edə bilmir".
Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə deyib.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovdan etiraz notasını qəbul etdiyini və dərhal öz ölkəsinə təqdim etdiyini bildirən diplomat qeyd edib: “Son illər Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bir çox addımlar atıb. Bunu unutmaq olmaz.

Hüquq müdafiəçisi: Azərbaycan "zəif bənd"dən güclü dövlətə çevrilib

Azərbaycan inkişaf etdikcə bəzilərinin gözü bunu götürmür. Çünki güclü Azərbaycan bu bölgədə heç kimə lazım deyil. Azərbaycan həm Rusiya, həm İran, həm də Avropa ölkələrinə boru kəməri üçün lazımdır. Onlara “zəif bənd” lazımdır ki, bu bənddən istifadə etsinlər, Azərbaycan məhsulları ən ucuz şərtlərlə Avropa bazarlarına getsin. Lakin Azərbaycanda son 15 ildə aparılan siyasət ona gətirib çıxarıb ki, ölkə özünü “zəif bənd” obrazından çıxarıb güclü dövlətə çevirə bilib.
Trend-in məlumatına görə, bunu “Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunları ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.

четверг, 21 мая 2015 г.

Riqa sammitindən ölkələrin gözləntiləri: Azərbaycan tələsmir - AÇIQLAMA

Riqada IV Şərq Tərəfdaşlığı sammiti öz işinə bu gün axşamdan başlayır. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramı ölkələrinin dövlət və hökumət başçıları bağlı qapılar arxasında keçəcək təntənəli şam yeməyində bir araya gələcəklər. Sammitin rəsmi hissəsi isə mayın 22-də Milli Latviya Kitabxanasının binasında baş tutacaq. Sammit iştirakçıları Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsi, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcəklər. Riqa sammitində Belorus prezidenti Aleksandr Lukaşenko, Azərbaycan dövlət başçısı  İlham Əliyev, eləcə də 3 Avropa Birliyi ölkəsinin – İrlandiya, İspaniya və Luksemburqun prezidentləri sammitə qatılmamaq qərarını veriblər. 

среда, 6 мая 2015 г.

"Ermənistandakı rejimin mövcudluğunda Rusiyanın böyük rolu var"

Əli Həsənov: "Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev mütləq azad ediləcək"
“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca, torpaqlarıma qayıtmayınca, Minsk Qrupunun həmsədri olan dövlətlər barədə tənqidlərimə son qoymayacağam. Nə üçün biz bunları deməməliyik?”

суббота, 2 мая 2015 г.

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda “seçkilər”lə bağlı xəbərdarlıq yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Dağlıq Qarabağda saxta “parlament seçkiləri”ndə “müşahidəçilər”in iştirakı Azərbaycan qanunlarının pozulması kimi qiymətləndiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə qanunsuz “parlament seçkiləri”nin keçirilməsi Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu qanunsuz seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 27 fevral 2015-ci il tarixində bəyanat verilib.

ABŞ Qarabağdakı “seçkiləri" tanımır

ABŞ hakimiyyəti mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımağa hazırlaşmır.
Virtualaz.org "RİA Novosti"-yə istinadən bildirir ki, bunu ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Ceff Ratke deyib.
“ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar olaraq biz 3 may "seçkiləri"nin nəticələrini tanımayacağıq”, - deyə Ceff Ratke xüsusi vurğulayıb.

Həmsədrlər Dağlıq Qarabağ ermənilərini niyə "xalq" adlandırdı? - AÇIQLAMA

Ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Lakin Həmsədrlər çıxışlarında istifadə etdikləri “Dağlıq Qarabağ xalqı” ifadəsi isə göstərdikləri mövqeyə kölgə salıb.
Necə olar bilər ki, tanınmamış rejimin əhalisi xalq adlandırılır?

Əvəz Həsənov: Beynəlxalq humanitar təşkilatlar məcburi köçkün qəsəbələrinə buraxılmalıdır

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlər, onların sosial durumu və yeni qəsəbələrə köçürülməsindən danışıb.
Amerikanın Səsi: Məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı monitorinq aparıbsınız. Vəziyyət necədir?

Əvəz Həsənov: Bizim monitorinqimiz Avropa Birliyi tərəfindən maliyyələşdirilib və iki il davam edib. Biz daha çox yeni salınmış qəsəbələrə məcburi köçkünlərin yerləşdirilməsi, onların şəraiti, inteqrasiyası ilə məşğul idik. Vəziyyət gözlədiyimiz qədər də acınacaqlı deyil. Hökumət yeni qəsəbələrdə infrastrukturu kifayət qədər bərpa edib və insanları da müəyyən kriteriyalarla oraya köçürə bilib.

Amerikanın Səsi: Təqribən nə qədər məcburi köçkün yeni evlərə yerləşdirilib?

Əvəz Həsənov: Dövlətin tam dəqiq statistikası olmasa da, təxminən 200 minə yaxın qeyd olunur. İnidiyədək 17 rayonda 70-dək qəsəbə salınıb və yeni qəsəbələrin əksəriyyəti sərhəd bölgələrdə tikilib.
Amerikanın Səsi: Azərbaycan hökuməti münaqişə nəticəsində bir milyondan çox insanın öz evini tərk etdiyini bildirir. Onlardan nə qədəri yeni qəsəbələrdə yerləşdirilməyib? Onların durumu necədir?

Haradasa 400 min insan üçün mənzil tikməyə dövlət hazır olmalıdır.

Əvəz Həsənov: Yerləşdirilməyənlərin 250 min nəfərə yaxını öz şəxsi mənzillərində, qohum evlərində və ya hökumətin verdiyi mənzillərlə qane olmayaraq özlərinə şəxsi ev tikən insanlardır. Onların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində yaşayır. Haradasa 400 min insan üçün mənzil tikməyə dövlət hazır olmalıdır.

Amerikanın Səsi: İndiki iqtisadi böhran dövründə bu mümkündürmü?

Yeni tikilən qəsəbələrdə bir mərtəbəli evlərin qiyməti 7-8 min manatdan 30 min manatadəkdir.

Əvəz Həsənov: Məncə evlərin tikilməsi o qədər də baha başa gəlmir. Yeni tikilən qəsəbələrdə bir mərtəbəli evlərin qiyməti 7-8 min manatdan 30 min manatadəkdir. Bununla yanaşı, hökumət məcburi köçkünlər köçürülənədək yaşadığı evləri firmalara da sata bilər.

Amerikanın Səsi: Çoxsaylı insanların evləri, mülkiyyəti erməni qoşunlarının nəzarətində olan ərazilərdə qalıb. Bununla bağlı monitorinq aparmaq mümkündürmü?

Bunun üçün gərək Ermənistan da monitorinq aparan təşkilatın mandatını tanısın və informasiyasını qəbul etsin.

Əvəz Həsənov: Ciddi monitorinq aparmaq üçün gərək Azərbaycan hökuməti onların mandatını qəbul etsin. Bunun üçün gərək Ermənistan da monitorinq aparan təşkilatın mandatını tanısın və informasiyasını qəbul etsin. Eyni zamanda Ermənistan tərəfdə monitorinqi aparacaq partnyor olmalıdır. Məncə indiki mərhələdə bu çox çətindir. Çünki hər bir tərəf öz iddiasını ortaya qoyur, amma o iddianı sənədləşdirmək mümkün reyil.

Amerkanın Səsi: Siz görüşdüyünüz məcburi köçkünlərə öz evlərinə qayıtmaq fikrindədirmir? Yoxsa məkunlaşdığı ərazidə qalmaq istəyirlər?

Əvəz Həsənov: Məcburi köçkünlər şəhərlərdə daha çox yaşayanda onlar inteqrasiya olunmuş sayılır. Onlar öz doğma evləri barədə ola bilsin o qədər də yaxşı düşünə bilmirdilər. Həmin köçkünlər indi sərhədə yaxın ərazilərə köçürülüb, orada artıq izolyasiya olunmuş durumdadır. Onların böyük əkəriyyəti öz torpaqlarına qayıtmaq fikrindədir. Çünki onların əvvəl yaşadıqları ərazilər daha konfortludur.

Amerikanın Səsi: Beynəlxalq təşkilatların məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı apardığı işlər sizi qane edirmi?

Hökumət də şərait yaratsa, beynəlxalq təşkilatlar gələr və gedib orada köçkünlərlə vasitəçisiz görüşər, proqramlar icra edər.

Əvəz Həsənov: Yox, qane etmir. Azərbaycanda 2003-ci ildən bu yana beynəlxalq təşkilatların humanitar yardım və ya humanitar proqramları başa çatıb. Azərbaycan inkişaf proqramına qədəm qoyub. Məncə Azərbaycanın dövlət proqramı ilə yanaşı, beynəlxalq təşkilatların da məcburi köçkün qəsəbələrinə girişini təmin etməlidir ki, insanlar məcburi köçkün qəsəbələrinə getsin, onların problemləri ilə maraqlansın və onların hüquqlarının təminatçısı olsun. Beynəlxalq təşkilatların məcburi köçkün qəsəbələrinə çıxışı az olduğundan onlar da bu vəzifəni icra etmir. Hökumət də şərait yaratsa, beynəlxalq təşkilatlar gələr və gedib orada köçkünlərlə vasitəçisiz görüşər, proqramlar icra edər. Bu halda beynəlxalq təşkilatlar məcburi köçkünlərin hüquqlarının qorunmasında maraqlı olacaq.

 http://www.amerikaninsesi.org/content/evez_hesenov/2744327.html