“Dağlıq Qarabağ münaqişəsinin həlli haqda hələ belə açıq danışılmamışdı” - sosial şəbəkələrdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in son müsahibəsini paylaşanlar belə yazır.
Düzdür, bu xəbər son olayların fonunda kölgədə qaldığından elə də diqqət çəkməyib. Həmsədr axırıncı müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda açıq-aşkar danışır.
“MÜNAQİŞƏNİN HƏLLİ BUNSUZ MÜMKÜN DEYİL"
James Warlick deyir ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməmiş bu münaqişənin hərtərəfli həlli mümkün deyil. Yerevanda jurnalistlərlə görüşü zamanı həmsədr əlavə edir ki, hərtərəfli həll deyərkən bura “status məsələsi və Dağlıq Qarabağ xalqının özünün öz iradəsi ilə azad fikri ifadəsi” daxildir:
“Qarabağ münaqişəsinin kompleks tənzimləməsi, bu prosesə Dağlıq Qarabağın statusu məsələsi daxil edilməsə, mümkün olmaz. Bundan başqa Ermənistan təhlükəsizliyə təminat olmadan torpaqları qaytarmaq istəmir”.
İŞĞAL OLUNMUŞ TORPAQLAR QAYTARILMALIDIR…
“Dağlıq Qarabağ
münaqişəsinin həlli haqda hələ belə açıq danışılmamışdı” - sosial şəbəkələrdə ATƏT-in Minsk
Qrupunun amerikalı həmsədri James Warlick-in son müsahibəsini
paylaşanlar belə yazır.
Düzdür, bu xəbər son
olayların fonunda kölgədə qaldığından elə də diqqət çəkməyib. Həmsədr axırıncı
müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda açıq-aşkar
danışır.
“MÜNAQİŞƏNİN HƏLLİ
BUNSUZ MÜMKÜN DEYİL"
James Warlick deyir
ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməmiş bu münaqişənin hərtərəfli həlli
mümkün deyil. Yerevanda jurnalistlərlə görüşü zamanı həmsədr əlavə edir ki, hərtərəfli
həll deyərkən bura “status məsələsi və Dağlıq Qarabağ xalqının özünün öz iradəsi
ilə azad fikri ifadəsi” daxildir:
“Qarabağ münaqişəsinin
kompleks tənzimləməsi, bu prosesə Dağlıq Qarabağın statusu məsələsi daxil edilməsə,
mümkün olmaz. Bundan başqa Ermənistan təhlükəsizliyə təminat olmadan torpaqları
qaytarmaq istəmir”.
İŞĞAL OLUNMUŞ
TORPAQLAR QAYTARILMALIDIR…
Ermənistan tərəfi istəyir
ki, Dağlıq Qarabağın statusunu yerli əhali referendum yolu ilə müəyyən
etsin. Azərbaycan tərəfi işğal olunmuş ərazilər geri qaytarılandan sonra status
məsələsini müzakirəyə çıxarmağın tərəfdarıdır. James Warlick düşünür ki,
münaqişənin həllinə mane olan bir məsələ də məhz iki tərəf arasında razılığın
olmamasıdır:
“Hər şey
razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb. Hərtərəfli tənzimləmə elementlərindən
biri də məhz Dağlıq Qarabağı əhatə edən ərazilərin qaytarılması olmalıdır. Zəbt
edilmiş ərazilər kompleks tənzimləmə çərçivəsində Azərbaycanın nəzarəti
altına qaytarılmalıdır. Burada diqqəti hər hansı bir element və ya prinsip üzərində
cəmləşdirmək lazım deyil - ərazilər qaytarılmalıdır, lakin başqa amillər də
var, çünki biz həmişə kompleks tənzimlənmədən danışırıq”.
ƏSAS TƏKLİFLƏR…
Amerikalı diplomatın
dediklərini ümumiləşdirsək, onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifləri
aşağıdakılardır:
1. İşğal
olunmuş ərazilərin qaytarılması
2. Dağlıq
Qarabağın statusu məsələsinin həll olunması.
3. Qaçqın və məcburi
köçkünlərin öz evlərinə qaytarılması
Biz uzunmüddətli sülh istəyiriksə, bu yalnız sənədlərlə təmin edilə bilməz.
Bu, xalqlar arasında qarşılıqlı etimada əsaslanmalıdır.
4. Təhlükəsizliyin
təminatı üçün həmin ərazilərə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi
James Warlick bildirir ki, bunlar təkliflərin hamısı deyil. Münaqişəni tənzimləmək
üçün zəruri təkliflərdən bir neçəsidir. Bununla belə həmsədr bildirir ki, əsas məsələ qarşılıqlı etimaddır:
“Çox təəssüflər olsun
ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad istənilən səviyyədə
deyil. Bu etimadsızlıq tənzimlənmə prosesini əngəlləyir. Etimadın bərpa edilməsi
bir gecənin işi deyil, uzun prosesdir. Qarşılıqlı etimad üçün tədbirlər görülməlidir.
Biz uzunmüddətli sülh istəyiriksə, bu yalnız sənədlərlə təmin edilə bilməz. Bu,
xalqlar arasında qarşılıqlı etimada əsaslanmalıdır”.
Ermənistandan sonra
James Warlick Azərbaycanda səfərdədir. Səfər haqda ətraflı məlumatı
AzadlıqRadiosunun saytından ala bilərsiniz.
http://www.azadliq.org/content/article/27141374.html
Комментариев нет:
Отправить комментарий