Müdafiə
Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə
döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə
maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi
qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.
Nazirlikdən
Teleqraf.com-a verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən bölmələrdən
birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat
şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə
edilib.
Sonra cəbhə
bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi,
silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq
qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu müdafiə
nazirinə təqdim olunub.
Bildirilib
ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə zolağı, sinif otaqları, o
cümlədən müxtəlif yardımçı bölmələrdən ibarət poliqonda müxtəlif iriçaplı atıcı
silahlar, minaatanlar, qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi
ilə həyata keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi
döyüş hazırlığı üzrə vərdişlər aşılanır.
Müdafiə
Nazirliyinin rəhbərliyi təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş
hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və
tapşırıqlarını veriblər.
http://teleqraf.com/news/61168
Комментариев нет:
Отправить комментарий