воскресенье, 12 июля 2015 г.

Hakimiyyət ciddi şəkildə Rusiya təbliğatına başlayıb

Zahid Oruc: «7 rayonun qaytarılması, Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqqında deyilənlər əsassız deyil»
Hikmət Hacızadə: «Rusiya yalnız bir halda Qarabağı Azərbaycana güzəştə gedə bilər, o yol isə ölkəmizin suverenliyini tam formada itirməsinə aparır»
Almaniya hakimiyyətin əsas tənqid hədəflərindən olsa da məhz bu dövlət Ermənistanın Qarabağı işğal etdiyini bildirir. Azərbaycanda fəaliyyəti dayandırılan ATƏT öz son sənədində Qarabağla bağlı Azərbaycanın xeyrinə olan məqamı vurğulayır. Amma bütün bunlar Azərbaycan hakimiyyətinə azlıq edir. Azərbaycan hakimiyyəti problemin həllinə nail olmaq üçün Rusiya ilə əməkdaşlığa üstünlük verir. Həmin Rusiyaya ki, torpaqlarımızın işğal olunmasında bilavasitə rolu var. Həmin Rusiyaya ki, Ermənistanı mütamadi olaraq silahlandırır və Ermənistana verilən son müasir silahlar Azərbaycan üçün ciddi təhlükə mənbəyidir.
Amma bütün bunlara baxmayaraq son günlər hakimiyyət mətbuatı maraqlı bir mövzunu tirajlayır. Söhbət ondan gedir ki, belə bir fərziyə irəli sürülür ki, Azərbaycan Qarabağda ildırım sürətli müharibəyə başlayacağı təqdirdə Rusiya buna göz yumacaq və bununla da Azərbaycanın bu təşəbbüsünü dəstəkləmiş olacaq.
Deputat Zahid Oruc bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin hərbi-siyasi müstəvidə həlli üçün imkanlarını gücləndirib. Digər tərəfdən isə Azərbaycan-Rusiya münasibətləri münaqişənin həllinə imkan verəcək: “Azərbaycan-Rusiya münasibətləri tarixin heç bir dönəmində bu qədər yaxşı olmayıb. Ona görə də söyləməkdən çəkinmirəm ki, 7 rayonun qaytarılmasının KIV-ə bəzən xaotik, bəzi spontan şəkildə sızması, eyni zamanda Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqqında deyilənlər əsassız deyil”.
Bəs bu deyilənlər nə dərəcədə əsaslıdır? Həqiqətənmi Rusiya Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə etdiyi Qarabağ probleminin həllinə imkan verə bilər?
Politoloq Hikmət Hacızadə bildirdi ki, Rusiya Azərbaycanın Qarabağda geniş miqyaslı hərbi əməliyyatlar aparmasına göz yummayacaq. Bu, Rusiyanın maraqlarına ziddir: “Rusiya yalnız bir halda bəlkə Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasna razılıq verə bilər. Bu isə Azərbaycan üçün arzuolunmaz bir yoldur və ölkəmizin suverenliyini tam formada itirməsinə aparır. Rusiya Azərbaycandan istədiyini alarsa, problemin həllinə razılıq verə bilər. Rusiyanın isə Azərbaycandan istədiyi nədir? Birinci addım kimi Azərbaycan Rusiyanın proyekti olan Avrasiya Ittifaqına qoşulsun. Ikinci bir mühüm addım Azərbaycanın Qərblə əməkdaşlığına aiddir. Azərbaycan Qərblə bütün münasibətləri kəsməli və NATO-nun regionda möhkəmlənməsinə imkan verməməlidir”.
H.Hacızadənin fikrincə, Azərbaycan üçün üçüncü ağrılı şərt isə faktiki sverenliyin itirilməsi deməkdir. Bu, Qarabağda rus qoşunlarının yerləşdirilməsidir: “Bu faktor, əlbəttə, regionun gələcəyinə təsir edəcək. Rusiya çoxdan arzulayır ki, qoşunlarını qanuni yolla Qarabağa yerləşdirsin. Bu, faktiki olaraq Azərbaycanın sevrenliyinin itirilməsi deməkdir”.
http://www.azadliq.info/asagi-manset/351-asagi-manshet/70204-hakimiyyt-ciddi-kild-rusiya-tbliatna-balayb.html

Комментариев нет:

Отправить комментарий