вторник, 14 июля 2015 г.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, dövlət katibi, nazir müavini Qriqori Karasin də həmsədrlər, James Warlick (ABŞ), Pierre Andrieu (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.
Bazar ertəsi keçirilən görüşdə həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Rusiya XİN qeyd edib ki, görüşdə Dağlıq Qarabağda vəziyyətin nizamlanması məsələləri müzakirə edilib.
İyulun 20-21-də həmsədrlərin regiona növbəti səfəri planlaşdırılıb. Həmsədrlər 20 iyulda Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər.
Səfər, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaq məqsədi daşıyır.
http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150714_minsk_group_meeting

Комментариев нет:

Отправить комментарий