Nazirlər
Kabineti “Qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin)
statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış
yerlərdə yaşamaq Qaydası”nın, “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim
etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti
yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası”nın təsdiq
edilməsi haqqında qərarında dəyişiklik edib.
Qərarın adından qaçqın sözü çıxarılıb. Bu qərarla təsdiqlənmiş “Qaçqın və
məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş
və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nda
da dəyişiklik edilib. İndiyə qədər bu Qayda qaçqın statusunu almış şəxslərin iş
və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə, lakin ən çoxu 3 ay
müddətində yaşamaq qaydasını da müəyyən edib. Eyni zamanda qaçqın
statusunu almış şəxslər iş və ya yaşayış yeri əldə edənədək ən çoxu 3 ay müddətində
xüsusi ayrılmış yerlərdə yaşaya bilərdilər. Qaçqın statusunu almış şəxslərin iş
və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yaşayış yeri ilə təmin
olunmaları səlahiyyətləri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi və ya Dövlət Miqrasiya XidmətiDMX) və müvafiq
yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilib. Qacqın statusunu
almış şəxs müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailə üzvlərinin sayı,
sosial tərkibi nəzərə alınmalı idi. Qaçqın statusunu almış şəxsin iş və ya
yaşayış yeri əldə edənədək müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin
hüquqlarının pozulması ilə həyata keçirilə bilməzdi. Qaçqın statusunu almış şəxsin
iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşayış üçün zəruri
olan məişət avadanlıqları ilə təmin olunması onun öz hesabına həyata keçirilib.
Qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti
yerləşdikləri xüsusi yaşayış yerlərinin saxlanması, təmiri və bərpası ilə əlaqədar
məsələlər balansında olduğu aidiyyəti müəssisə və təşkilat tərəfindən həyata
keçirilib. Qaçqın statusunu almış şəxsin təqsiri nəticəsində onun üçün müvəqqəti
ayrılmış yaşayış yerinə zərər vurularsa, dəymiş ziyan həmin şəxsin hesabına
aradan qaldırılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi və ya DMX tərəfindən qaçqın statusunu almış şəxslərə iş və ya
yaşayış yeri əldə edənədək müvəqqəti olaraq verilən yaşayış sahəsi yaşayış üçün
zəruri tələblərə cavab verməli idi. Qaçqın statusunu almış şəxs iş və ya yaşayış
yeri əldə edənədək onun üçün xüsusi ayrılmış yerdən köçərkən yaşayış sahəsini
ona təhvil verilən vəziyyətdəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi, DMX-yə və ya icra hakimiyyəti orqanlarına təhvil verib. Dəyişikliyə
əsasən, qaçqınlarla bağlı bu tələblər ləğv olunub. Qərar imzalandığı gündən
qüvvəyə minir.(apa)
Комментариев нет:
Отправить комментарий