понедельник, 22 июня 2015 г.

Qarabağda müharibə başlasa, kim məşğul olacaq? - ABŞ-ın diplomatı sensasion fakt açıqladı

2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olmuş Eleni Kunalakis yazdığı "Madam səfir” adlı memuarında azərbaycanlı hərbiçi Ramil Səfərovun azad olunması ilə bağlı prosesə də toxunub.
Strateq.az bildirir ki, yazdığı bu memuarda eks-səfir Macarıstanda hakimiyyətdə olan baş nazir Viktor Orbanın fəaliyyətini tənqid edib və onu ölkədə "avtokratiya təhlükəsi” yaratmaqda ittiham edib. Daha sonra səfir macar hakimiyyətinin  2012-ci ildə Büdapeşt məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş azərbaycanlı hərbiçi Ramil Səfərovun Macarıstandan eksdradisiyası qərarına  ABŞ-ın münasibətini ifadə edən maraqlı detalı açıqlayıb.

Səfirin yazdıqlarından bəlli olur ki, Orban hökümətinin Ramil Səfərovla bağlı qərarı ABŞ üçün şok effekti doğurub. Kunalakis ömürlük həbsə məhkum olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiyasının ABŞ üçün "gözlənilməz” olduğunu yazır: "Onun həbsdən azad edilməsindən sonra Vaşinqtonda həyəcan siqnalı qalxdı”.
Bundan sonra  Kunalakisə ABŞ Dövlət katibinin köməkçisi Mari Yovanoviç təcili zəng vurub. Dövlət katibinin köməkçisi rəsmi Budapeştin bu qərarından narazlıq edib və Macarıstanı Dağlıq Qarabağda mühairbənin başlanmasına səbəbkar ola biləcəyi ilə hədələyib.
Səfir dövlət katibinin köməkçisinin ona telefon danışığı zamanı dediklərini də memuarında qeyd edib. 
"Məgər macar höküməti başa düşmür ki, bu kiçik tryuk Dağlıq Qarabağda müharibənin başlanmasına səbəb ola bilər? Kim bununla məşğul olacaq? Macarlar? Xeyr, macarlar bu çirkabla məşğul olmayacaqlar! Bunu biz edəcəyik! Problemin həlli bizim üzərimizdə qalacaq”,- deyə dövlət katibinin köməçkisi hirsli halda qışqıraraq telefonda səfirə bildirib.
Qeyd edək ki, keçmiş səfirin  memuraları «The Washington Post» qəzetində çap olunmağa başlayıb.
 Xatırladaq ki, 2004-cü ildə Macarıstanda NATO təlimində olan Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycan bayrağını təhqir etdyinə görə ermənistanlı hərbiçini öldürüb. Macar məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum olunan R. Səfərov  2012-ci ildə Macarıstan hökümətinin qərarı ilə Azərbaycana ekstradisiya edilib. Azərbaycan prezidenti İlham Əliyev zabiti əfv edib və R. Səfərov yenidən ordu sıralarına qayıdıb.  
Bundan sonra Ermənistan Macarıstanla diplomatik əlaqələrini dayandırdığını bəyan edib.
http://www.mia.az/w120334/share/

Комментариев нет:

Отправить комментарий