вторник, 2 июня 2015 г.

Əvəz Həsənov: Oyunları inkar etsəydilər, komandalarını göndərməzdilər


QHT-lərin müraciətində qeyd olunub ki, beynəlxalq təşkilatların Avropa Oyunlarına qarşı apardığı kampaniya nəticəsiz qalır.
BAKI, 2 iyun – Sputnik. “Avropa oyunları ilə bağlı dövlətlər səviyyəsində Azərbaycana qarşı hər hansı sistemli təsir kampaniyasından söhbət belə getmir. Çünki, hər hansı dövlət bu oyunları inkar etmiş olsaydı, öz komandasını bura göndərməkdən imtina edərdi.”

Bu fikri Sputnik-ə Humanitar Tədqiqatlar İctimai Birlyinin sədri Əvəz Həsənov deyib. 
Bu günlərdə keçirilən I Avropa Oyunları ilə bağlı dəyirmi masadan sonra Əvəz Həsənovun da aralarında olduğu bir qrup hüquq müdafiəçisi müxalifətin hədəfinə çevrilib. İndiyə qədər müxalifyönümlü qeyri-hökumət təşkilatlarının liderləri kimi tanınan həmin şəxslərin Azərbaycana qarşı aparılan kampaniyaya etiraz əlaməti olaraq müraciət qəbul etmələri müxtəlif şərhlərə yol açmışdı. 
Əvəz Həsənov ittiham hədəfinə çevrildiyi məsələ barədə açıqlama verərək deyib: “Azərbaycanda insan haqqlarının pozulması, demokratik islahatların ləng getdiyi və seçkilərlə bağlı problemlər olduğu üçün bu dəyərləri təbliğ edən Avropa təşkilatları ölkəmizi tənqid edir, onu islahatların aparılmasına açıq olmağa çağırır. Belə olan halda, Avropa oyunları onlara görə Azərbaycanda qeyd etdiyim məsələləri gündəliyə gətirmək üçün ən yaxşı şansdır. Onlar bu oyunlardan istifadə edib Azərbaycan hökumətinə dünya birliyi qarşısında üzərinə götürdüyü öhdəlikləri xatırlatmağa nail olmaq istəyirlər. Qeyd edim ki, hüquq müdafiəçiləri bütün seçkilər ərəfəsində beynəlxalq təşkilatların Azərbaycanda islahatların aparılmasına yönələn aksiyalarında fəal iştirak edib və edirlər. Sözügedən müraciətdə isə bildirilib ki, Azərbaycanda keçiriləcək Avropa oyunlarına ciddi şübhələr olmasına baxmayaraq, hökumət qısa müddətdə bu oyunlara hazırlaşıb. Bu, Azərbaycan tarixində çox əhəmiyyətli bir idman tədbiridir ki, bundan ölkənin təbliğatı üçün istifadə etmək lazımdır. Beynəlxalq təşkilatların Avropa Oyunlarına qarşı apardığı kampaniya nəticəsiz ötüşür və bu ölkədə insan haqqları ilə bağlı islahatların aparılmasına gətirib çıxarmır. Sonda qeyd olunub ki, bu oyunlar xalqın tədbiri olmalı, onun keçirilməsi üçün hər kəs əlindən gələni etməlidir”.
Həsənov bildirib ki, sözügedən dəyirmi masada I Avropa Oyunlarına nədən beynəlxalq təşkilatıların neqativ yanaşması, bu kampaniyanın islahatlara nə kimi təsir edəcəyi müzakirə olunub. Sözügedən müraciət isə sadəcə ekspromt olub və formal xarakter daşıyıb. Onun ünvanı isə Azərbaycan xalqı olub. Ümumi mesaj bundan ibarət olub ki, “bu, xalqımız üçün tarixi bir idman tədbiridir, onun üçün hər bir vətəndaş əlindən gələni etməlidir”.
http://sputnik.az/azerbaijan/20150602/400266865.html

Комментариев нет:

Отправить комментарий