четверг, 11 июня 2015 г.

AÇIQLAMA: “Azərbaycan bunu edəcəksə, Qarabağ problemi həll ediləcək”

"Beynəlxalq Avrasiya Hərəkatı"nın lideri, Rusiyanın başqa ölkələri hədəfə alan xarici siyasətinin alovlu tərəfdarı, Aleksandr Duqin Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü perspektivini şərh edib.
Modern.az saytının verdiyi xəbərə görə Aleksandr Duqin Ermənistan mətbuatına müsahibəsində deyib ki, Azərbaycanın Avrasiya İttifaqına girərsə, bu, tamamilə düzgün addım olar. 


Ekspertin fikrincə, Azərbaycan Avrasiya İttifaqına daxil olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həlli tam başqa məna kəsb edəcək:
“Məsələn, Türkiyə və NATO üzvü olublar və ortada hələ də Kipr problemi var. Əslində bu,  Qarabağ məsələsində real irəliləyişi qeyd etmək üçün əsas vasitədir  ”,-deyə belə müqayisə aparıb.


Aleksandr Duqinin sözlərinə görə rəsmi Moskva münaqişədə olan ölkələrdən biri ilə yaxınlaşan kimi, Qərb Rusiyanı regiondan saxışdırmaq üçün başqa tərəfi dəstəkləyir.
Onun sözlərinə görə yalnız Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü Qarabağ konfliktinin həlli üçün şərt ola bilər.
Rusiyanın şovinist analitiki yekunda belə qeyd edib: “Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan Avrasiya İttifaqının üzvü olmayacaq. Əksinə Azərbaycan Avrasiya İttifaqına girəndən sonra Qarabağ məsələsi öz həllini tapacaq”.
Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində Dağlıq Qarabağ probleminin ədalətli həllindən sonra Azərbaycanın Avrasiya İttifaqına üzv ola biləcəyini istisna etməyib. Nazirin bu açıqlaması bir neçə gündür ki, Rusiya və Ermənistan mətbuatının siyasi gündəminin əsas mövzularından birinə çevrilib.

http://yaxa.org/az/xeber/19160

Комментариев нет:

Отправить комментарий