пятница, 12 июня 2015 г.

Erməni deputat rusiyalı deputatı Qarabağı onlardan... almağa çağırdı

Əgər Rusiya Federasiyası Dövlət Dumasının deputatı bəyan edirsə ki Qarabağı Azərbaycana qaytarmaq lazımdır, onda qoy gəlməyə və onu götürməyə cəhd eləsin”.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən bildirir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə “Daşnaksütyun” fraksiyasının katibi Arvan Vardanyan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Dövlət Dumasının deputatı Dmitri Savelyevin bəyanatını şərh edərkən deyib.

Xatırladaq ki, Rusiya deputatı bildirib ki, çox yaxın perspektivdə Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır.

“Bu sözlər bizim üçün sıfıra bərabərdir, Savelyevin mövqeyi də həmçinin” - deyə Vardanyan vurğulayıb.

http://musavat.com/news/son-xeber/ermeni-deputat-rusiyali-deputati-qarabagi-onlardan-almaga-chagirdi_272214.html

Комментариев нет:

Отправить комментарий