Əvəz Həsənov: «Ermənilər müxtəlif
yolla özlərinə müsbət imic
yaratmaq istəyirlər»
Yeddi aydır girovluqda olan soydaşlarımızın azad edilməsi ilə bağlı müvafiq işlər
aparılır. Artıq beynəlxalq
təşkilatlar tərəfindən də Ermənistan tərəfinə müəyyən mesajlar verilib. Bu günlərdə Rusiyanın xarici işlər
naziri Sergey Lavrov da keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun
azad olunması ilə
bağlı məsələyə toxunub: «Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var. Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar
qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə
ikitərəfli münasibətlərində
mövcud olan kanallarla qəbul
olunur».
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni
başlayan qış sessiyasının ilk iş günündə də
girovluqda olan soydaşlarımızla bağlı məsələyə toxunulub. Azərbaycandan
sonra bu qurumun Nazirlər
Komitəsinə rəhbərlik
etməyə başlayan Belçikanın xarici işlər naziri Didier Reynders hesabat məruzəsi ilə
çıxış edib. Azərbaycanın
AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov D.Reyndersə belə bir
sualla müraciət
edib: «Hər
ölkədə məhkəmə ali hüquqi instansiya sayılır və onun qərarlarının icrası mütləqdir.
Lakin bir də var
qanuni mövcud olmayan qondarma bir qurumun saxta məhkəməsi və onun heç bir hüquqi gücü olmayan qərarı. Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş və
Dağlıq Qarabağda separatçı rejimin qanunsuz məhkəmə keçirərək ömürlük həbs cəzası verdiyi Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilmiş Şahbaz Quliyevin dərhal və qeyd-şərtsiz
azad edilməsini
bu ssenarinin arxasında duran Ermənistan
dövlətindən tələb edə bilərsinizmi? Axı siz 6 ay müddətində Avropa Şurası Nazirlər Komitəsinin sədri
kimi yüksək səlahiyyətlər
daşıyacaqsınız və təsirli tədbir görməyə imkanınız olacaq».
Nazirlər
Komitəsinin katibliyi ilə məsləhətləşmələrdən sonra D.Reynders təəssüflə bildirib ki, bu məsələ hələ orada araşdırılaraq müzakirə
mövzusu olmadığından müfəssəl məlumata malik deyil: «Yaxın zamanda bu problemi diqqətlə öyrənəcəyik. Ermənistana
nəzərdə tutulan səfər zamanı da bu məsələn rəsmi Yerevan qarşısında qaldırılacaq».
Ermənistan
müafiə naziri Seyran Ohanyan isə Rusiya xarici işlər naziri Sergey Lavrova cavab verib.
O, Lavrova bunu Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirə etməyi tövsiyyə
edib.
Amma bu arada Ermənistan tərəfi yenidən məkrli niyyətlərini işə salıb. Erməni tərəfi girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv ərizəsi
yazdırmaq istəyir.
Belə bir ərizənin yazılması isə
birmənalı şəkildə girovlarımıza qarşı irəli
sürülən ağır ittihamın qəbul edilməsi deməkdir. Qarşı tərəf Dilqəm Əsgərov
və Şahbaz Quliyevə "əfv ərizəsi” yazdırmaq istəyirlər ki, sonrakı prosesdə
bunu bir hüquqi prosedur çərçivəsinə sala bilsinlər və Qarabağda qurduqları qondarma məhkəməyə hüquqi status qazandırsınlar. Digər tərəfdən bu müraciətlə həmin
şəxslərin qondarma Dağlıq Qarabağ
respublikasının tanınması məsələsi gündəmə gələcək. Erməni vəkili
Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə
qondarma DQR-ə
legitimlik donu geydirmək və xarici ictimaiyyəti həqiqətən də belə bir
qurumun mövcudluğuna inandırmağa çalışır.
Hüquqşünas Müzəffər
Baxışov isə o qənaətdədir
ki, əgər girovlarımız qondarma DQR rəhbərinə
müraciət edərlərsə,
azadlığa çıxma ehtimalı ola bilər:
«Kütləvi informasiya vasitələrinin məlumatına
görə, Dilqəm Əsgərov
və Şahbaz Quliyev qondarma
rejimin "qanunları” ilə məhkum olunublar. Əgər onların "qanunları” ilə məhkum olunublarsa, onların Ermənistan
prezidentinə
yazacaqları əfv ərizələrinin məncə, heç bir əhəmiyyəti olmayacaq. Ermənistan
prezidenti dedi ki, bu məsələdə biz onları mühakimə etmirik, onları qondarma Dağlıq
Qarabağ Respublikasının qanunları ilə mühakimə
edirlər. Saxta DQR-in qondarma
qanunlarda elə bir
qayda varsa, o zaman müraciət
edib azad oluna bilərlər. Daha doğrusu, həmin o "rəhbər” bunları əfv
edə bilər».
Hüquq müdafiəçisi Əvəz Həsənov isə o qənaətdədir
ki, girovların azad edilməsi
ilə bağlı təzyiqlərin artması qarşı tərəfi bu addımı atmağa vadar edir: «Ermənistan tərəfi də
artıq başa düşür ki, günahsiz insanları qondarma məhkəmə çıxarıb həbsə atsalar da, onları uzun müddət
saxlamaq mümkün olmayacaq. Buna görə də belə bir yolla özlərinə müsbət imic yaratmaq istəyirlər. Dilqəm Əsgərov
ıə Şahbaz Quliyev hazırda ermənilərin əlindədir və onlara «əfv» ərizəsi yazdıra bilərlər. Əgər həmin soydaşlarımız canlarını
girovluqdan qurtarmaq üçün belə bir
ərizə yazırlarsa, onlara qarşı hər hansı irad tutmaq doğru deyil. Bu
insanlar qondarma məhkəmə qarşısına çıxarılıb və həmin məhkəmənin hökmünü dinləməli olublar. Buna görə o
insanlar qondarma respublikanın rəhbərliyinin adına «əfv» ərizəsi
yazarsa da, bu həmin
qondarma respublikanın tanınması anlamına gəlməməlidir. Çünki hər iki soydaşımız girovluqdadır və onsuz da həmin qondarma respublikanın qanunları
ilə ittiham olunub. Əsas Azərbaycan dövlətinin mövqeyidir. Azərbaycan dövləti isə öz vətəndaşlarını azad etmək üçün tədbirləri davam etdirir».
http://ucnoqta.az/news/10337
Комментариев нет:
Отправить комментарий