понедельник, 16 февраля 2015 г.

Əvəz Həsənov: “Azərbaycan önəmli tədbirlər ərəfəsində fərqli imic formalaşdırmaq istəyir”

Avropa Şurası Parlament Assambleyasının Azәrbaycan üzrә yeni hәmmәruzәçisi, polşalı Tadeuş İvinski martın əvvəlində Bakıya səfər edəcək. Səfərin mәqsәdi Azәrbaycanın öhdәliklәri yerinә yetirilmәsi ilə bağlı vәziyyәti öyrәnmәkdir. Azәrbaycan rәsmilәri, millәt vәkillәri, hüquq müdafiәçilәri və media nümayәndәlәri ilə görüşləri gözlәnilir. Sәfәr zamanı hәmçinin noyabrda keçirilәcәk parlament seçkilәrinə hazırlıqla bağlı vәziyyәt öyrәnilәcәk. 
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, 2015-ci il ölkədə parlament seçkiləri ili olduğundan AŞ PA-nın aktivliyi təbii ki, müşahidə olunacaq: “Avropa Oyunları və parlament seçkiləri öncəsi hakimiyyət istəyəcək ki, vəziyyəti yumuşaldacaq addımlar atsın. Xüsusən AŞ PA öncəki həmmərizəçisi ilə hökumətin münasibətləri çox gərgin idi. Bu baxımdan onun ölkəmizə gəlməsinə müəyyən məhdudiyyətlər qoyulmuşdu. Amma indi hökumət ölkənin imicinə də təsir edəcək tədbirlər ərəfəsində AŞ PA və Avropa Birliyi nümayəndələri ilə təmaslarını intensivləşdirəcək. Bu ona görə edilir ki, Azərbaycanda vətəndaş cəmiyyəti, media və sairə ilə bağlı olunan tənqidlər səngisin. Həm də Azərbaycan istəyəcək ki, parlament seçkiləri ərəfəsində müəyyən islahatlara gedəcəyini nümayiş etdirsin. Yəni burada həm AŞ PA–nın, həm də Azərbaycan tərəfinin müəyyən maraqları var. AŞ PA istəyir ki, onlara ölkə daxilindəki durumu öyrənmək üçün onlara müəyyən şərait yaradılsın. Azərbaycanın da marağı odur ki, bu ünsiyyətlərdən istifadə edərək müəyyən islahatlara qapıların tam bağlı olmadığını göstərsin".

http://deyerler.org/242941-zhvjz-hjsjnov-vazjrbaycan-gnjmli-tjdbirljr-jrjfjsindj-fjrqli-imic-formalaeddrmaq-istjyirv.html

Комментариев нет:

Отправить комментарий