VƏZİYYƏT TƏHLÜKƏLİDİR
- Rusiya Azərbaycanı dağıdır və Vaşinqton da susaraq seyr edir ki, onsuz da
Rusiyanı 2-3 ilə dağıdacağıq.
- Azərbaycanla Ermənistan arasında müharibə yenidən başlana bilər.
Bu cür ürəkaçmayan
proqnozu keçmiş dövlət
müşaviri, politoloq Vəfa Quluzadə verir, son günlər atəşkəsin
pozulmasını və
Qafqazın iki dövləti
arasında səngiməyən ittihamları şərh
edərkən deyir:
- Və bu
müharibə
Rusiyanın müharibəsi
olacaq. Ermənistan
cəmiyyəti müharibə haqqında düşünmür. O, indiki
marionetka hakimiyyətdən canını qurtarıb üzünü Avropa
Birliyinə
çevirmək
istəyir. O ki qaldı son günlər sərhədboyu
aktivliyə,
Ermənistanın bu qədər silah-sursata pulu yoxdur, bir güllə bir dollardır. Son günlərdə Ermənistan Azərbaycana
atəş açır, Azərbaycan da Ermənistana. Bunun da arxasında Rusiya
durur.
Vəfa
Quluzadənin
fikrincə, Qərb Rusiyaya təzyiq göstərməyə davam etdikcə, Kreml də Qərbin regiondakı maraqlarına zərbə vurmağa başlayacaq:
“Qərbin
Azərbaycanda böyük maraqları var.
Rusiyanın neft, qaz asılılığından qurtulmaq istəyən Qərb Xəzər hövzəsinin enerji ehtiyatlarına ümid
bağlayır. Bəs,
Rusiya bunu necə əngəlləməlidir? Təbii ki müharibəylə. Xəzər hövzəsinin qazının, neftinin dünya bazarına çıxarıldığı ölkədə müharibəyə başlamaqla”.
Vəfa
Quluzadə baş
verənlərdə Qərbi
də suçlayır: “Qərb həqiqətləri vaxtında bilə-bilə dilə gətirməyib. O, zamanında Rusiyanı cilovlaya bilərdi. İndi isə
Rusiya üçün gözəl
imkan yaranıb. Azərbaycanla
Ermənistanın atəşkəsi pozması müharibənin
başlanmasına səbəb olacaq. Rusiya da qazını-neftini
rahatca Avropa bazarına çıxarmaqda davam edəcək”.
ƏVƏZ HƏSƏNOV: “BAKI STRATEJİ
BAXIMDAN DÜZGÜN ADDIM ATIR”
Konfliktoloq
Əvəz Həsənov da o fikirdədirki, Bakı-Tbilisi-Ceyhan kəmərini vurmaq Rusiyanın
çoxdankı arzusudur: “Amma onu da bilir ki, bu halda Azərbaycanı birdəfəlik itirəcək”.
Konfliktoloqun
qənaətincə, geniş miqyasda müharibəyə başlamaq nə Azərbaycanın, nə də Ermənistanın marağındadır.
“Tərəflər müharibəyə hazır deyillər. Azərbaycanın öz qayğıları var,
beynəlxalq layihələrin təhlükəsizliyindən narahatdır. Ermənistan Rusiyanın
boyunduruğundan qurtarmaq, heç olmasa ondan müəyyən məsafədə dayanmaq istəyir. Bu halda müharibə ona sərf etmir. Çünki bu müharibədə udacağı, ya uduzacağı bəlli deyil, o işğal etdiyi
torpaqlara nəzarəti özündə saxlayacağına əmin deyil”.
Bəs o zaman son günlər baş verən nədir? Konfliktoloq deyir ki,
sadəcə tərəflər bir-birinə güc nümayiş etdirirlər: “Azərbaycan Ermənistana yeni aldığı silahları
göstərir, Ermənistan da nəzarətin onda olduğunu”.
Əvəz Həsənov bu fikirdədir ki, Azərbaycan indiyədək müdafiə mövqeyində idi:
“Bu münaqişənin həlli zamanı Kremlin
neytrallığını qoruyacağından əmin deyildi. Amma indi əmindir ki, dil tapmaq olar.
Ona görə də Bakı Yerevana güc göstərir, Ermənistana münaqişənin sönməsi haqda düşünməyə imkan vermir. Bu, strateji
baxımdan düzgün addımdır”.
VƏFA
QULUZADƏ: “ABŞ RUSİYANI DAĞIDANA QƏDƏR AZƏRBAYCAN DARMADAĞIN OLA BİLƏR”
Konfliktoloq fikrini belə yekunlaşdırır: “İkinci cəbhə açmaq Rusiyanın maraqlarında
deyil”.
Politoloq
Vəfa Quluzadə əksinə düşünür ki, hər şey Ukraynadakı proseslərin gedişatından asılıdır.
Politoloq müharibənin səngimədiyini, Qərbin Rusiyaya qarşı yeni
sanksiyalar hazırladığını yada salır:
“Məsələ Rusiya ilə Qərbin qarşıdurmasının hara qədər getməsindən asılıdır. Rusiya hətta nüvə silahından istifadəni də istisna etmir. Baş nazir
Medvedev bu günlərdə dedi ki, hüdudsuz tədbir görəcəklər. Bu nə deməkdir?”
Yenə həmin sual təkrar edilir: “O zaman Azərbaycan üçün müharibə qaçılmazdır?”
Vəfa Quluzadənin cavabı:
“Hər şey daha çox Vaşinqtonun
mövqeyindən asılıdır. Birinci mövqe budur ki, ABŞ-ın Ukraynada olmasa
da, Şərqi Avropadakı hərbi bazaları gücləndirilir. Vaşinqton bildirir
ki, Kremlə əsgəri cavab veriləcək.
İkinci
mövqe budur ki, Rusiya Azərbaycanı dağıdır və Vaşinqton da susaraq seyr
edir ki, onsuz da Rusiyanı 2-3 ilə dağıdacağıq. Yəni ABŞ Rusiyanı dağıdana qədər Azərbaycan darmadağın edilə bilər”.
QABAQLAYICI TƏDBİRLƏR
Bəs, Azərbaycan prosesi təkbaşına önləyə bilərmi? Vəfa Quluzadə deyir ki, Azərbaycan onsuz da Moskvaya
qarşı hər zaman güzəşt siyasəti aparıb:
“Bu
sovet dönəmində də belə idi. İkinci Dünya Müharibəsi vaxtı Azərbaycan sovetlərə neft, silah-sursat verdi,
amma nəticə nə oldu? Onun fədakarlıqları unuduldu, 20
yanvarda Bakıya qoşun yeridildi, torpaqları işğal olundu. Rusiya sadəcə öz maraqlarını düşünür.
Azərbaycan neyləyə bilər? Bu gün Azərbaycan ordusu güclüdür. Ermənistan da bilir ki, Rusiya dalında durmasa, darmadağın ediləcək. Ona görə də ermənilərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir ki, Azərbaycanla müharibəyə girməsin".
http://www.azadliq.org/content/article/26826388.html
Комментариев нет:
Отправить комментарий