воскресенье, 23 ноября 2014 г.

Əvəz Həsənov Batumidən Bakıya səsləndi...

Moderator.az  Batumi şəhərində Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirak edən Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov ilə forumda baş verənlər ilə bağlı vəziyyəti öyrənmək üçün əlaqə yaradıb. 
Ə.Həsənov müxbirimizə bildirib ki, dünən forumun açılışı zamanı Çexiyalı təşkilatın təşəbbüsü ilə Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı sərgi təqdim olunmasına Azərbaycan nümayəndə heyyəti etiraz etdi və təşkilatçılar sərgini yığışdırmalı oldular. 
Bundan sonra yaranmış münaqişənin aradan qaldırılması üçün forum rəhbərliyi və katiblik ilə əlaqə yaradıldı. Bu gün isə Azərbaycanla bağlı iki bəyanatın gündəliyə salınmasına baxmayaraq nümayəndə heyyəti yekdilliklə bu bəyanatların indiki halda yersiz olduğunu əsas gətirirək onları gündəlikdən çıxardılar. 

Ə.Həsənov qeyd etdi ki, Vətəndaş Cəmiyyəti Forumu bütün dövrlərdə Azərbaycan QHT-lərinin konstruktiv fəaliyyət göstərməsi üçün çox dəyərli meydandır. 
Dünən qəzetlərdə forumda baş verənlər ilə bağlı söz-söhbətlə bağlı müxbirimizin suallarına cavab verən Ə.Həsənov qeyd etdi ki, “bu jurnalistlərin qarışqadan fil düzəltmək cəhdindən başqa bir şey deyildi. Orada olan kiçik insidentin şişirdilərək Azərbaycan mediasının baş mövzusu etmək mövzu qıtlığının nümunəsidir”. 
Onun sözlərinə görə, əsas odur ki, forum öz işini başa çatdırdı və Azərbaycanla bağlı vəziyyət forumun gündəliyində idi. Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı pozitiv və neqativ mesajlar hamı üçün açıq idi.

http://moderator.az/?xeber=62440


Комментариев нет:

Отправить комментарий