воскресенье, 16 ноября 2014 г.

Laurence Broers, Əvəz Həsənov və Richard Giragosian Mi-24 helikopterinin vurulmasını şərh edirlər

Noybarın 12-də Dağlıq Qarabağ üzərində ermənilərin Mi-24 helikopterinin vurulması geniş reaksiya doğurub. Beynəlxalq qurumlar gərginliyin artdığı şəraitində hər iki tərəfi təmkinli olmağa çağırıblar. BBC-ə danışan şərhçilər hadisənin mümkün fəsadları barədə mülahizələrilə bölüşüblər.

LAURENCE BROERS, Conciliation Resources, Qafqaz üzrə layihələr meneceri
"Erməni helikopterinin noyabrın 12-də Azərbaycan qüvvələri tərəfindən vurulması Azərbaycanın səbirsizləşdiyini və cəsarətləndiyini göstərən insidentlərin uzun silsiləsində növbəti hadisədir".
Qarabağ münaqişəsini dünyanın yadına salmaqla yanaşı bu insident münaqişənin “donmuş” olması barədə ideya ilə ziddiyyət təşkil edir və əslində, onun düzgün qiymətləndirmə olmadığını göstərir. Bu hadisə həmçinin ötən avqustda təmas xətti boyunca bütün regionu silkələmiş döyüşlərdə Azərbaycan tərəfinin verdiyi ağır itkilər üçün bir növ kompensasiya kimi də qiymətləndirilə bilər. Burası da var ki, helikopter son dərəcə simvolik məna daşıyan Ağdam rayonunda vurulub. Ağdam erməni qüvvələrin Qarabağ ətrafında işğal etdikləri ərazi qurşağında Azərbaycan hiddətinin rəmzinə çevrilib.
Bu səbəblərdən insident Azərbaycan tərəfində uğur və qisas göstəricisi kimi qiymətləndirilir. Lakin bir çox azərbaycanlıların bu insidenti kiçik qələbə anı kimi dəyərləndirməsinə baxmayaraq, o, həm də Azərbaycanın strateji baxışının olmadığını göstərən taktiki insidentdir. Azərbaycan son bir-iki ildə təmas xəttini qeyri-sabit etməyə qabil olduğunu nümayiş etdirir, lakin bəs sonra nə olacaq? Torpaq üzərində itirilmiş ərazilərin geri qaytarılacağı inandırıcı görünmür. Digər tərəfdən sabitsizlik erməni tərəfində sərt hərəkət tərəfədarlarının və işğalı müdafiə edənlərin mövqelərini möhkəmləndirir. Onlar iddia edirlər ki, Dağlıq Qarabağdakı erməni əhalini eyni cür rəftardan qoruyan elə bu ərazilərdir. Bu insident erməniləri belə bir mülahizəyə inandırmaq üçün kifayətdir.
Bu cür taktiki “qələbələr” ölkə daxilində reytinqləri yüksəldə, diqqəti insan haqları və idarəetmə kimi məsələlərdən yayındıra və hər iki tərəfdə “davakarların” karyera yüksəlişinə kömək edə bilər. Lakin bu hadisə Azərbaycanın paytaxtını danışıqlar masasından bir az da kənara çəkir. Erməni şərhçilər artıq dəfələrlə beynəlxalq təsisatları atəşkəsin pozulması halları ilə bağlı Azərbaycanı tənbeh və tənqid etməyə çağırıblar. Azərbaycanlılar deyə bilərlər ki, insident işğal olunmuş ərazi üzərində baş verib. Elə isə Azərbaycanın atəşkəsə sadiqliyinə inanmağa dəyərmi? Azərbaycan rəhbərliyi strateji seçimlər arasında özünü daha dar küncə salmaq riskinə girir və bu zaman itirilmiş torpaqların geri qaytarılmasına heç də yaxınlaşmır.
Cavab addımı üçün təzyiq güclü olacaq. Avqust toqquşmaları ilə birlikdə bu insident və ona səbəb olmuş bir çox qarşıdurmalar atəşkəsin pozulması hallarının ATƏT tərəfindən daha ciddi araşdırılmasının mühümlüyünü göstərir. Bunlar, daha çox müşahidəçi göndərilməsi, gözlənilməz təftişlər, atəşkəs xətti üzrindən qaynar informasiya xətləri və insidentlərin önlənməsi tədbirlərindən ibarət olmalıdır. Bu cür pozulmalar üçün cazəsızlıq baş alıb gedir və əgər beynəlxalq vasitəçilik cəhdləri hərəkətə gətirilməzsə, bu vasitəçiliyin mandatı tamamilə aşılanıb sıradan çıxa
ƏVƏZ HƏSƏNOV, konfliktoloq
"Azərbaycan bundan sonra çox ehtiyatlı siyasət yürütməlidir. Çünki Ermənistanı qıcıqlandıra bilib və bununla özü üçün yeni təhlükə açıb."
Avqust ayında Azərbaycan konfliktin yenidən başlaya biləcəyinə işarəsini verdi. Ermənilər uzun illərdir ki, Ağdam ərazisində, cəbhə xəttindən 4 min metr yaxınlığında hərbi təlimlər keçirirdilər.
Deməzdim ki, Azərbaycan buna sakit yanaşırdır. Lakin hər-halda bunun üstündən ötürdü. İndi ermənilər sərhədə bu qədər yaxın uçuşla Azərbaycan tərəfini prokasiyaya çəkdilər və Azərbaycan reaklsiya verdi.
Ukrayna böhranına Qərbin çox cəld reaksiyasını görən Azərbaycan münaqişə mövzusunun yenidən gündəmə gəlməsində maraqlıdır. Lakin Azərbaycan hökuməti müharibənin həvəsində deyil.
Azərbaycan beynəlxalq aləmdə Dağlıq Qarabağla bağlı nəsə bir addım atmaq istəyəndə ona xatırladırlar ki, bu 20 il əvvəl baş vermiş münaqişədir və məsələni qaldırmaq üçün tərəflərin razılığı lazımdır. Bakıya deyilir ki, Yerevana təzyiq edə bilmirik.
Eləcə də ola bilsin Ermənistan da eyni cavabı alır.
Hazırda Ermənistan bu müharibəni başlamaq gücündə - onun partnyoru Rusiya isə həvəsində deyil. Bu sadəcə biri-birinə güc nümayiş etdirmək sınağıdır. Belə ki, son 20 il ərzində İlk dəfədir ki, Qarabağ səmasında aviasya, vurulur. Bu Ermənistanı şoka sala bilər.
Ama Azərbaycan bundan sonra çox ehtiyatlı siyasət yürütməlidir. Çünki Ermənistanı qıcıqlandıra bilib və bununla özü üçün yeni təhlükə açıb. Qarabağın buna cavab tədbirini demək çox çətindir. Ermənistanın da sakit dayanıb bunu sadəcə udacağını demək çətindir.
Bu səpkidə mən düşünmürəm ki, Azərbaycan Dağlıq Qarabağ helikopterin vurulmasını qarşısına məqsəd qoyub. Onun belə məqsədi yox idi.
Ola bilməz ki, hökumət cəbhədə gərginliyin artmasını istəsin. Belə ki, Azərbaycan tənzimləmə məsələsinin yenidən siyasi gündəmə gəlməsində maraqlıdır.
RICHARD GIRAGOSIAN, Regional Tədqiqatlar Mərkəzinin direktoru
"Azərbaycanın Dağlıq Qarabağ üzərində helikopteri vurması gərginliyi artırır"
Azərbaycan hərbiyyəsi noyabrın 12-də günorta Dağlıq Qarabağ üzərində helikopterin vurulmasını təsdiq edib. Mi-24 döyüş helikopterinin vurulması və onun göyərtəsində olan üç Qarabağ ordusu zabitinin həlak olması gərginliyin artması üçün yeni dönüş nöqtəsi olub və ötən avqustda baş vermiş və az qala 20 hərbçinin ölümü ilə nəticələnmiş döyüşlərə bənzər toqquşmaların artmasına gətirib çıxarıb. Döyüşlərin alovlanması 1994-cü ilin mayında atəşkəs qüvvəyə minəndən bəri ən ciddi qarşıdurmadır.
Helikopterin vurulması 1994-cü ildən bəri bu qəbildən olan ilk insidentdir, lakin Qarabağ münaqişəsində “hava müharibəsi” kimi yeni istiqamətin formalaşması kimi yeni risk yaradır.
Azərbaycan tərəfinin helikopterin silahlı olduğu və Azərbaycan mövqelərinə hücum etdiyi barədə iddialarına baxmayaraq, Qarabağ rəsmiləri deyiblər ki, helikopter silahsız olub və Azərbaycanın hava məkanından xeyli uzaqda keçirilən təlim missiyasında imiş.
Buna baxmayaraq, helikopterin vurulması Azərbaycanın son bir neçə gündə cəbhə xəttində “təxribat xarakterli uçuşların” keçirildiyi barədə iddialarının ardınca baş verib. Helikopterin vurulması çox güman ki, Azərbaycan tərəfinin Ermənistan və Qarabağ qüvvələrinin birgə keçirdiyi geniş miqyaslı hərbi təlimlərinə reaksiyasıdır.
Qarabağ qüvvələrinin təcili olaraq helikopterin vurulduğu yerə çatmasının qarşısı Azərbaycan tərəfinin “intensiv” atəşi ilə alınıb və onlar qəza ərazisinə daxil ola bilməyiblər.
Aydındır ki, bu insident, təkcə döyüş məkanının və döyüş əməliyyatları səhnəsinin genişlənməsi ilə müşaiyət olunmur və hava döyüşləri riskini də artıraraq Ermənistan və Qarabağ üzərinə daha aşkar gücün tətbiqinə həvəsləndirir və düşmənçiliyin qızışması üçün təhlükənin davam etməsinə xidmət göstərir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Fransa, Rusiya və Birləşmiş Ştatların vasitəçi həmsədrlərindən ibarət Minsk qrupunda diplomatik tərpəniş yaratmış bu insident heç şübhəsiz diplomatik cəhdlərə mənfi təsir göstərəcəkdir. Bu hadisə həm də prezident Putinin Ermənistan və Azərbaycan prezidentlərini avqustun 10-da Soçi sammitinə dəvət etməsi ilə avqust toqquşmalarına uğurla son qoymağa müvəffəq olmuş yeganə tərəfin - Rusiyanın mövqeyini sərtləşdirmiş olacaq.
Öz növbəsində Avropa İttifaqı da insidentə çevik reaksiya verib. İttifaqın xarici işlər komissarı Federica Mogherini eskalasiya təhlükəsi barədə xəbərdarlıq edərək insidentin araşdırlmasına çağırıb.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/11/141114_armenia_azerbaijan_helicopter_analyses?ocid=socialflow_facebook

Комментариев нет:

Отправить комментарий