"Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ
bölgəsinin separatçı rejimini dəstəkləmir. Eyni zamanda, Paris bu rejimin nümayəndələrinin
Fransaya səfərinə nəzarət edə bilmir".
Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri
Paskal Mönye jurnalistlərə deyib.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovdan
etiraz notasını qəbul etdiyini və dərhal öz ölkəsinə təqdim etdiyini bildirən
diplomat qeyd edib: “Son illər Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün bir çox addımlar atıb. Bunu unutmaq olmaz.
Başa düşürəm ki, Azərbaycan
Bako Saakyanın (Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri - red.) Fransaya səfərindən
narahatdır. Onun Fransada bir neçə şəhərin meri ilə görüşü Azərbaycanın
narahatlığına səbəb olub”.
Комментариев нет:
Отправить комментарий