суббота, 2 мая 2015 г.

Həmsədrlər Dağlıq Qarabağ ermənilərini niyə "xalq" adlandırdı? - AÇIQLAMA

Ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Lakin Həmsədrlər çıxışlarında istifadə etdikləri “Dağlıq Qarabağ xalqı” ifadəsi isə göstərdikləri mövqeyə kölgə salıb.
Necə olar bilər ki, tanınmamış rejimin əhalisi xalq adlandırılır?

Xalq nədir?
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir. Vətən qarşısında eyni məsuliyyəti daşıyır. Bu anlayış belə, erməni əhalisinin xalq olması anlamına gəlmir.Çünki onlar Azərbaycanın ərazisini zəbt edərək, qondarma idarə yaradıblar.
Əvvəlcə qeyd edək ki, Dağrlıq Qarabağ müstəqil bir ölkə yox, Azərbaycanın işğal olunmuş ərazisidir. ATƏT-in Minsk qrupunun sədrləri də bunu çox gözəl bilir. Bəs bu ifadə nə üçün işlədilir?
Məsələ ilə bağlı ATV.az-a açqlama verən deputat Zahid Oruc bildirib ki, ermənilər ATƏT-dən  müəyyən şəxsləri bu məsələyə cəlb etməklə keçirdikləri “seçki”yə legitimlik verməyə çalışıblar. Amma buna nail ola bilməyiblər.
“Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda keçirilən “parlament seçkilərin”ni tanımadıqları haqda bəyanat veriblər. Ancaq təbii ki, işlətdikləri “xalq” ifadəsi hüquqi sayılmır. Bu yalnış bir anlayışdır. “Əhali” ifadəsi daha məqsədəuyğundur. Ermənilər Dağlıq Qarabağda kiçik etnik qrup olaraq var. Onlara “Xalq” demək, öz müqəddəratını həll etmək hüququnun olması mənasına gəlir. Amma mən düşünürəm ki, həmsədrlər bu termini yalnız publisistik ifadə kimi işlədiblər. Biz bunu qəbul etmirik”.
http://news.atv.az/news/politics/25403-hemsedrler-daliq-qaraba-ermenilerini-niye-xalq-adlandirdi

Комментариев нет:

Отправить комментарий