воскресенье, 26 апреля 2015 г.

Hollande və Əliyev Dağlıq Qarabağ tənzimləməsini “müzakirə ediblər”

Görüş barədə rəsmi məlumatda Fransa və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ münaqişəsilə ilə bağlı fikir mübadiləsinin aparıldığı bildirilir.
"Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi", - prezident administrasiyasının yaydığı xəbərdə deyilir.

Görüşdən əvvəl Sərhədsiz Reporyorlar (Reporters Without Borders) təşkilatı Fransa liderinə müraciətində səfər vaxtı azərbaycanlı jurnalistlərin azad edilməsi ilə bağlı məsələnin qaldırılmasına səsləyib.
Şənbə günü prezidentlər Bakıda Fransa Universitetinin yaradılması üzrə niyyət protokolunun imzalanma mərasiminə qatılıblar.
Bakıya gəlməkdən əvvəl Fransa lideri Yerevanda Ermənistan və Rusiya prezidentləri ilə görüşüb.
Ötən ilin oktyabr ayında Francois Hollande-ın iştirakı ilə Parisdə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçib. İlham Əliyev və Serj Sarkisyan mübahisəli Dağlıq Qarabağ regionuna dair danışıqları davam etdirməyə razılaşıblar.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150425_hollande_aliyev_baku

Комментариев нет:

Отправить комментарий