вторник, 28 апреля 2015 г.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda işinə başlayan III Qlobal Bakı Forumunun giriş sessiyası ilə işini davam etdirib. 
Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Boliviyanın sabiq Prezidenti Jorge Quiroqanın moderatorluğu ilə keçən panel iclasında “Yeni dünya düzəninin başlıca problemləri” müzakirə edilib. Sessiyada Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Kanadanın keçmiş Baş naziri Jan Kretien, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Yunanıstanın keçmiş Baş naziri George Papandreou, Sloveniyanın sabiq prezidenti Danilo Türk, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa çıxış edib. 

Forumda iştirakdan məmnunluğunu vurğulayan Türkiyənin sabiq prezidenti Abdullah Gül yeni dünya düzənində etimadın yaradılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Abdullah Gül bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 ildən çoxdur işğal altında qaldığını, bir milyondan çox insanın doğma yurdundan didərgin düşdüyünü bildirib. Sabiq prezident deyib ki, bu münaqişə regionda sülhə ciddi təhdid yaratmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər münaqişənin həlli ilə bağlı ciddi səy göstərmir: “Belə hallar dünya nizamına mənfi təsir göstərir. Beynəlxalq sistemin bu problemləri həll edə bilməməsi ona olan etimadı azaldır. Odur ki, beynəlxalq və regional təşkilatların rolu gücləndirilməlidir.
Kanadanın keçmiş Baş naziri Jan Kretien çıxışında enerji amillərinin dünya siyasətinə təsirindən danışıb. Son illər ABŞ-ın siyasətində enerji amilinin təsirinin azaldığını vurğulayan sabiq Baş nazir Birləşmiş Ştatların Yaxın Şərqdə və Cənubi Amerikada maraqlarının get-gedə azalacağını bildirib.
Yunanıstanın keçmiş Baş naziri George Papandreou Prezident İlham Əliyevin ölkənin təbii resurslarından səmərəli istifadə olunması, Azərbaycanın müstəqilliyinin onun təbii sərvətlərindən istifadə hüququ yaratmasını yüksək qiymətləndirib.
http://qafqazinfo.az/xeber-quotqaraba-probleminin-hllin-ciddi-sy-gostrilmirquot-t129101.html

Комментариев нет:

Отправить комментарий