пятница, 20 июня 2014 г.

Məcburi köçkünlər Müşfiqabad qəsəbəsinə köçmək istəmir

ANS TV-nin məlumatına görə, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 824/835 ünvanında yaşayan məcburi köçkünlərin Müşfiqabad qəsəbəsinə köçürülməsi etirazla qarşılanıb. Onlar Mehdiabad qəsəbəsinə köçürülmələrini istəyirlər. Əslində məcburi köçkünlər indi yaşadıqları şəraitdən də narazıdırar. Onların yaaşdıqları yer Milil Elmlər Akademiyasına məxsus Elmi labaratoriya olub. İndi ərazi iş adamı tərəfindən özəlləşdirilib. Elə məcburi köçkünlərin köçürülmə zərurəti də bundan sonra yaranıb. Hazırda ərazinin hasarlanması məcburi köçkünlərin havasızlıq şəraitində yaşaması ilə nəticələnib. Həmçinin otaqlar da dar və şəraitsizdir. İllərdir təmir olunmadığından divarlar uçub-tökülür.

Bütün bunlar isə məcburi köçkünlərin köçürülməsinin onlar üçün daha yaxşı olacağını göstərir. Amma şikayətçilər Müşfiqabada deyil, Mehdiabada köçürülmələrini tələb edirlər. Şikayətçilər deyir ki, "Bizim üçün daha uyğunu Mehdiabad qəsəbəsidir, çünki uşaqlarımız həmin qəsəbədəki məktəbdə oxuyur. Eyni zamanda ora iş yerlərimizə daha yaxındır".

Məcburi köçkünlər Müşfiqabadla Mehdiabad arasında yerlə-göy qədər fərq görsələr də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektorunun müdiri Məmmədhüseyn Dadaşov hər ikisinin abad, rahat və heç də bir-birindən fərqlənmədiyini dedi: “Onların Müşfiqabada köçürülməsi məqsədəuyğun hesab edilib".

Komitə rəsmisinin sözlərindən aydın oldu ki, məcburi köçkünlər Müşfiqabad qəsəbəsindəki evlərə köçürüləcək. Şikayətçlər isə ya həmin əraziyə köçürülməklə razılaşmalı, ya da çarələrinə özləri baxmalıdırlar.

Комментариев нет:

Отправить комментарий