AZXEBER.COM
APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün
təqdim etdiyi məruzədə qeyd olunub.
Ə.Həsənov
bildirib ki, 2013-cü ildə bir məcburi köçkünə xərclənən vəsaitin həcmi
təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə
zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
“Qaçqın
və məcburi köçkünlər üçün ümumilikdə salınmış 82 müasir qəsəbə və
məhəllədən 77-si son 10 ildə inşa edilib. Son 10 ildə yeni yaşayış
komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb
müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib. Ümumiyyətlə,
indiyədək mənzil şəraiti yaxşılaşdırılmış 40 min ailə 166 min nəfər
(92%) son 10 ilin payına düşür.
Qaçqın və
məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4
milyard manat vəsait sərf olunub. Bu vəsaitin 84 faizi, yaxud 3,7
milyard manatı son 10 ildə ayrılıb. Yeni qəsəbə və məhəllələrin
salınmasına Dövlət Neft Fondundan 1,46 milyard manat vəsait ayrılıb.
Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi
köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilib, nəticədə
68 min nəfər məcburi köçkün faydalanıb.
Məcburi
köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə,
kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 5,5
dəfə artıb. Əmək qabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri
daimi işlə təmin edilib, 200 min nəfər isə mövsümi işlərə cəlb edilib”.
Комментариев нет:
Отправить комментарий