пятница, 27 июня 2014 г.

Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 3-cü ümumi toplantısı


İyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzinin mətbuat zalında Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 3-cü ümumi toplantısı keçirilmişdir.
Sayca üçüncü ümumi yığıncağın iştirakçıları noyabr ayında keçirilən sonuncu toplantıdan sonra şəbəkənin fəaliyyəi ilə bağlı hesabatla tanış olmuş, 2013-cü ilin sonlarında 10 təşkilat tərəfindən icra olunmuş kiçik layihələrin hesabatını dinləmişlər. Toplantıya Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılmışdılar.
Bu Humanitar Tədqiqatlar Cəmiyyətinin icra etdiyi, Barışıq Resursları təşkilatı və Avropa Birliyinin maliyyələşdirdiyi “Məcburi köçkünlərə diqqətin artırılması” layihəsinə əsasən Bakıda keçirilən sayca üçüncü görüşdür.
Şəbəkəyə Azərbaycanda fəaliyyət göstərən 12 təşkilat üzv olmuşdur ki, buraya Bakı, Gəncə, Mingəçivir, Qazax, Şəki, Ağdam, Bərdə rayonlarından olan təşkilatlar daxildir. 

























Комментариев нет:

Отправить комментарий