понедельник, 23 июня 2014 г.

Mətbuat üçün açıqlama

İyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzinin mətbuat zalında Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 3-cü ümumi toplantısı keçiriləcəkdir. Toplantıya Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılacaqdır.

Bu Humanitar Tədqiqatlar Cəmiyyətinin icra etdiyi, Barışıq Resursları təşkilatı və Avropa Birliyinin maliyyələşdirdiyi “Məcburi köçkünlərə diqqətin artırılması” layihəsinə əsasən Bakıda keçirilən sayca üçüncü görüşdür. Şəbəkəyə Azərbaycanda fəaliyyət göstərən 12 təşkilat üzv olmuşdur ki, buraya Bakı, Gəncə, Mingəçivir, Qazax, Şəki, Ağdam, Bərdə rayonlarından olan təşkilatlar daxildir.

Комментариев нет:

Отправить комментарий