четверг, 1 мая 2014 г.

Məcburi köçkünlər yaşayış şəraitindən narazılıq edir

LiderXeber.com informasiya agentliyinin verdiyi məlumata görə, onların yaşadıqları bağça, məktəb və idarə binaları isə artıq öz istismar müddətini çoxdan başa vurub.

Onları əsəbi halda sözlərini ifadə etməyə məcbur edən səbəblərin sayı-hesabı yoxdur. Çünki, yaşadığı şərait bunu deməyə əsas verir. Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 36 ünvanında yerləşən, 3 saylı Bakı Peşə Məktəbinin yataqxanasında müvəqqəti məskunlaşan məcburi köçkünlər artıq bu vəziyyətin müvəqqəti olmamasından narahatdır.

Sakinlər deyir ki, ətrafdan gələn evsizlər də blokda gecələdiyindən qapıda zibil yığını toplanıb. İçəri daxil olduqda isə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunun şahidi olursan. İçəridə yayılmış sanitar qovşağın iyindən içəri belə girmək mümkün deyil.

Kustar üsulla çəkilmiş elektrik xətləri də onları narahat edən başlıca səbəblərdən idi.
Məsələ ilə əlaqədar Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirdi ki, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir: "Bu ailələrdən ağır şəraitdə yaşayanların özlərinə də mərhələlilik prinsipi şamil edilir”.

Комментариев нет:

Отправить комментарий