Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi
köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Abşeron
rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni
salınan şəhərciyi ziyarət edib.
APA-nın məlumatına görə, Ç. Beyani
şəhərcikdə salınan 540 şagird yerlik Zəngilan rayon 33 saylı tam orta
məktəbi və 280 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olub. Daha sonra
qonaq Binəqədi rayonunda 160 məcburi köçkün ailəsinin məskunlaşdığı
İdarəetmə və Texnologiya Kollecinin yataqxanalarında məcburi köçkünlərin
yaşayış şəraiti ilə maraqlanıb.
Ç. Beyani jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana səfəri nəticəsində məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.
O bildirib ki, məcburi köçkünlər
öz torpaqlarına qayıtmaq istəyirlər: “Bu gün yataqxanada yaşayan
məcburi köçkünlər də Bakıda salınacaq yeni qəsəbələrə yox, ilk növbədə
torpaqlarına qayıtmaq istəyirlər. BMT Təhlükəsizlik Şurasına və BMT-nin
İnsan Hüquqları Şurasına təqdim edəcəyim hesabatlarda məqsəd beynəlxalq
aləmin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini
gücləndirməyə nail olmaqdır. Məcburi köçkünlər öz torpaqlarına
qayıtmalıdır”.Ç. Beyani jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana səfəri nəticəsində məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.
Комментариев нет:
Отправить комментарий