вторник, 6 августа 2013 г.

Kiçik qrant elanı

Humanitar Tədqiqatlar Cəmiyyəti və Barışıq Resursları təşkilatı «Məcburi Köçkünlər üzrə İş şəbəkəsi” layihəsi çərçivəsində 2013-cü ilin sentyabr – dekabr ayları ərzində icra olunması planlaşdırılan kiçik layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edir. Müsabiqədə Məcburi Köçkünlər üzrə İş şəbəkəsinə üzv olan və yaxud məcburi köçkün icmaları ilə işləyən təşkilatlar iştirak edə bilərlər. Müsabiqənin məqsədi şəbəkə üzvü olan təşkilatların potensialını artırmaqla, onların məcburi köçkünlərin sosial, mədəni və hüquqi problemlərinin həll olunmasında dayanıqlı fəaliyyətini təmin etməkdən ibarətdir.

Müsabiqənin istiqamətləri:
-          Məcburi köçkünlərin sosial probelmlərinin inkişafina yönələn təkliflər,
-          Informasiya əldə olunmasına dəstəyin göstərilməsi,
-          Məcburi köçkün icmalarının yaxşı təşkilatlanmasına imkan verəcək fəaliyyət,
-          Ictimai maraqların müdafisəi və bu sahədə bacarıqların artırılmasına yönələn fəaliyyət,
-          İnformasiya bülletenləri, bukletlər, qəzet və diğıər çap məhsulları,
-          Məcburi köçkünlərin inteqrasiyasına imkan verən tədbirlər, onların bu istiqamətdə problemlərinin müəyyən olunmasına üzə çıxaracaq tədqiqat işləri.
Təşkilatların təqdim edəcəkləri layihələrin 3 səhifədən çox olmayaraq aşağıdakı struktur əsasında tərtib olunması tövsiyyə olunur.
1. Layihənin adı:
2. Problemin təsviri:
3. Layihənin məqsəd və vəzifələri:
4. Layihədən faydalananlar:
5. Layihənin həyata keçirildiyi cografi ərazi:
6. Layihə çərçivəsində görüləcək işlər
7. Layihənin icra müddəti və icra planı,
8. Gözlənilən nəticələr,
9. Layihənin monitorinqi və davamlılığı,
10. Layihənin qiymətləndirilməsi və davamlılığı,
11. Layihənin büdcəsi
Layihə təkliflərinin qəbul olunmasının son tarixi 05 Avqust 2013-cü ildir. Layihələrin başlanğıc tarixi sentyabr, sona çatma dövrü isə dekabr ayına kimi göstərilə bilər. Layihə təqdim etmək arzusunda olan təşkilatların təmsilçiləri üçün 21 iyul 2013-cü il tarixdə Humanitar Tədqiqatlar Cəmiyyətinin ofisində informasiya sessiyası təşkil olunacaqdır.
Hər bir layihənin maksimum məbləği 1000 AZN-dir.
Maraqlanan təşkilatlar öz layihə təkliflərini Humanitar Tədqiqatlar Cəmiyyətinin elektron poçt ünvanına – avazhasanov@hotmail.com göndərə bilərlər.

Комментариев нет:

Отправить комментарий