Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin üzvləri Gürcüstanda fəaliyyət
göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi ilə birgə təşkil etdikləri
konfransa qatılıb. Humanitar Tədqiqatlar Cəmiyyəti mətbuat xidmətindən verilən
məlumata görə, martın 13-dən 17-dək davm edən səfər çərçivəsində Azərbaycan
nümayəndə heyəti Gürcüstanda məcburi köçkünlərlə bağlı aparılan işlərlə tanış
olublar. Səfərin ilk günü Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə
Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələri arasında məcburi köçkünlərin
problemlərinə həsr olunan müzakirələr aparılıb.
Комментариев нет:
Отправить комментарий