Şəbəkə məcburi köçkünlərin problemlərinin
aktuallaşdırılması və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına
çalışacaq.Azərbaycanın bu gün də ən böyük problemi Dağlıq Qarabağ
münaqişəsi və doğma yurdlarından didərgin düşən insanlarla bağlıdır. Dövlət məcburi
köçkünlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu problemin həllinə ölkədə
fəaliyyət göstərən ayrı-ayrı vətəndaş cəmiyyəti institutları da töhfə verməyə
çalışır.
Artıq bu işlərdə daha fəal olan bir qrup vətəndaş Məcburi
Köçkünlər üzrə Şəbəkə formalaşdırılıb. “Birləşmiş imkanlar” devizi altında birləşən
şəbəkə vətəndaş cəmiyyəti nümayəndələrinin məcburi köçkünlərin sosial problemlərinin
aradan qaldırılması, hüquq və azadlıqlarının tamin olunmasına imkan yaratmaq
üçün təsis olunub. Şəbəkənin qarşısına qoyduğu əsas məqsəd məcburi köçkünlərin
problemləri ilə bağlı məlumatların toplanması, onun aktuallaşdırılması, yerli və
mərkəzi icra hakimiyyəti, beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır. Şəbəkə
həmçinin, məcburi köçkünlərlə işləyən təşkilatların sülhyaratma prosesində
iştirakına imkanın yaradılması, onların vətəndaş cəmiyyətinin inkişafı, ictimai
maraqların müdafiəsi ilə bağlı proseslərə cəlb olunmasına çalışılacaq. Məcburi
köçkünlərin qərar qəbul olunması prosesində təmsil olunmasına nail olmaq və bu
proseslərə hazırlamaq, sosial problemlərin həll olunmasında məcburi köçkünlərin
aktiv iştirakının təşviq olunmasına çalışılacaq.
Qeyd edək ki, şəbəkədə D.Əliyeva adına Qadın Hüquqlarını
Müdafiə Cəmiyyəti, Azərbaycan Miqrasiya Mərkəzi, Gənc Liderlər TTİ, Huquqi
Yardım İctimai Birliyi, “Yuva” Humanitar Mərkəzi, “Kamil Vətəndaş” Maarifləndirmə
Mərkəzi, Məcburi Köçkünlər Birliyi, Qadınlar Arasında Həmrəylik İctimai
Birliyi, Regional İnsan Huquqları və Media Mərkəzi, Mustəqil Jurnalistlərə
Texniki və Huquqi Yardım İctimai Birliyi, “Jurnalistlər Ekstremal Şəraitdə”
İctimai Birliyi və Humanitar Tədqiqatlar Cəmiyyəti birləşib.
*Şəbəkə Humanitar Tədqiqatlar Cəmiyyətinin 2012-2104-cü
illərdə Böyük Britaniyanın Barışıq Resursları Təşkilatının tərəfdaş olduğu,
Avropa Birliyinin maliyyələşdirdiyi “Məcburi köçkünlərə diqqətin artırılması”
layihəsi tərəfindən dəstəklənir.
Комментариев нет:
Отправить комментарий