среда, 4 марта 2015 г.

Əvəz Həsənov: “Azərbaycan BMT-yə vaxtında üzv olduğuna görə SSRİ-nin dağıntıları onu tam məhv edə bilmədi”

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 23 il keçir. 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunub. BMT Təhlükəsizik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiqləyərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. 
Azərbaycan dövlətinin BMT-yə üzv olmasının o vaxt üçün çox önəmli bir hadisə olduğunu deyən hüquq müdafiəçisi Əvəz Həsənov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, gərgin siyasi proseslər dövründə vaxtında atılmış bir addım idi: “Azərbaycan keçimş SSRİ məkanından yeni qurtulan ölkələrdən biri idi. Bizim üstünlüyümüz onda idi ki, tam ərazimizlə bu təşkilata üzv olduq. Bu addım həmin dövrdəki ölkə diplomatiyasının uğurlu addımlarında biri idi. Bu münasibətlə xalqı təbrik etmək olar.

BMT də öz növbəsində Azərbaycana qarşı həmişə ədalətli olub. Dağlıq Qarabağla bağlı 4 qətnamənin qəbulundə, həm də son illərdə Azərbaycanın BMT Baş Assambleyasında, GUAM təşkilatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyü məsələsinin qaldırılmasında, Azərbaycanın ərazilərində ermənilərin yerləşdirilməsi faktı ilə bağlı hesabatların dinlənilməsində, azərbaycanlı köçkünlərə yardımın göstərilməsində və s. məsələlərdə BMT çox ədalətli mövqe sərgiləyib. Düşünürəm ki, bu sahədə ən ciddi uğurumuz ölkəmizin tam ərazisi ilə BMT-yə üzv qəbul olunmasıyla çox qısa müddət ərzində BMT-yə üzv dövlətlərin ölkəmizin müstəqilliyini tanıması olub. Bu gün ölkəmiz BMT-yə üzv olmaqla SSRİ-nin caynağından qurtularaq, beynəlxalq dəstək qazana bildi. Bu addımla SSRİ-nin dağıntıları bizi tam məhv edə bilmədi”. 


http://deyerler.org/245601-zhvjz-hjsjnov-vazjrbaycan-bmt-yj-vaxtdnda-gzv-olduduna-ggrj-ssrd-nin-daddntdlard-onu-tam-mjhv-edj-bilmjdiv.html

Комментариев нет:

Отправить комментарий