Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi Gürcüstan təcrübəsini öyrənib.
Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin üzvləri
Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi ilə birgə
təşkil etdikləri konfransa qatılıb. Humanitar Tədqiqatlar Cəmiyyəti mətbuat
xidmətindən verilən məlumata görə, martın 13-dən 17-dək davm edən səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti Gürcüstanda məcburi köçkünlərlə bağlı aparılan işlərlə
tanış olublar. Səfərin ilk günü Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə
Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələri arasında məcburi köçkünlərin
problemlərinə həsr olunan müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti isə son illərdə məcburi
köçkünlrin yerləşdirilməsi ilə bağlı ölkəmizdə həyata həyata keçirilən işlərlə
bağlı Gürcüstanlı həmkarlarını məlumatlandırıb. Bu istiqamətdə dövlət və beynəlxalq
təşkilatlar tərəfindən görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə
çadır şəhərcikləri təmamilə ləğv edilib və məcburi köçkünlər yeni tikilən qəsəbələrdəki
fərdi mənzillərə və hündürmərtəbəli yaşayış binalarına yerləşdirilib. Amma
müasir standartlara uyğun tikilən mənzillər məcburi köçkünlərin mülkiyyəti
sayılmır. Məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı da problemlər
qalmaqdadır.
Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət
naziri Paata Zakareişvili ilə görüşdə isə Azərbaycan nümayəndə heyəti məcburi
köçkünlərin cəmiyyətə inteqrqsiya olunması ilə bağlı dövlətin gördüyü işlərlə
bağlı fikir mübadiləsi aparııb.
Şəbəkə üzvləri həmçinin, Gürcüstanın İşğal Olunmuş
Ərazilərindən Qaçqın Düşən Şəxslərlə iş üzrə Naziri David Daraxvelidze ilə görüşüb. Azərbaycan hökumətinin Gürcüstan
respublikasına göstərdiyi dəstəyi xüsusi qeyd edən David Daraxvelidze məcburi
köçkünlərin yerləşdirilməsi ilə baglı Azərbaycan tərəfinin əhəmiyyətli təcrübəsi
oldugunu vurğulayıb.
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov isə nazirə xoş sözlərə görə minnətdarlığını
bildirib və Azərbaycanda məcburi köçkünlərin inteqrasisyası ilə bağlı mövcud
olan problemləri qeyd edib.
Daha sonra nümayəndə heyəti Kutaisi, Zuqdidi,
Tsxaltuba şəhərlərində məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baş çəkdilər
yeni inşa olunan binalarda əhalinin yaşayışı ilə tanış olublar. Eyni zamanda
istirahət düşərgələri və məktəblərdə məskunlaşan məcburi köçkünlərin problemləri
ilə tanış olub, yerli icma nümayəndələri ilə görüşüblər.
Qeyd edək ki, səfər Avropa Birliyinin dəstəklədiyi
“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa əməkdaşlığı” layihəsinin
ikinci fazasının kompanenti kimi İngiltərənin Barışıq Resursları təşkilatının
ayırdığı maliyyə əsasında Humanitar Tədqiqatlar Cəmiyyətinin “Azərbaycanda Məcburi
köçkünlərə diqqətin yönəlməsi” layihəsinin çərçivəsində reallşıb. Tədbirdə Azərbaycan
şəbəkəsini üzvləri – Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov,
Huquqi Yardım İctimai Birliyinin direktoru İlqar Qasımov, Gənc Liderlər İctimai
Birliyinin sədri Səbinə Ələkbərova,
Regional İnsan Huquqları və Media Mərkəzinin direktoru Xalid Kazımov,
Mustəqil Jurnalistlərə Texniki və Huquqi Yardım İctimai Birliyinin sədri Asəf
Quliyev, “Jurnalistlər Ekstremal Şəraitdə”
İctimai Birliyinin sədri Firuzə Əsədullayeva və “Kamil Vətəndaş” Maarifləndirmə
Mərkəzi İctimai Birliyinin əməkdaşı Fərid Zülfüqarov iştirak edib.
Комментариев нет:
Отправить комментарий