среда, 30 сентября 2015 г.

Qarabağ münaqişəsi: sülh prosesi yoxsa onun imitasiyası?

Çərşənbə axşamı Britaniya paytaxtında "Dağlıq Qarabağ münaqişəsi - Azərbaycandan baxış" mövzusunda müzakirələrdə, o cümlədən, tərəflərin razılaşmaya hazır olub-olmadığı və mümkün sülhməramlı əməliyyatın perspektivləri təhlil edilib.
Beynəlxalq Münasibətlər üzrə Chatham House Kral Araşdırmalar İnstitutunda (Royal Institute of International Affairs) fikir mübadiləsi vaxtı qeyd olunub ki, sülh prosesində nəticələrin olmaması Bakıda məyusluğu dərinləşdirir.

Eyni zamanda cəmiyyətin qərarlı addımlara hazır olmadığı qeyd olunub. Bunu deyənlər danışıqların "sülh prosesi imitasiyası" olduğunu hesab edirlər.
"Chatham House qaydası" müzakirə iştirakçılarının adının açıqlanmasını qadağan edir.
Deyilənə görə "ictimai rəy ərazilərin qaytarılması və yaxud da müstəqillik və birləşməni gözləyir".
Belə bir şəraitdə ölkələrin "əhəmiyyətli güzəştə" getməsini təsəvvür etmək çətindir, Londonda keçirilən görüşdə qeyd olunub.
Diskussiyada tənzimləmə prosesinin canlandırılmasına ehtiyacın olduğu vurğulanıb. Təkliflərdən birinə əsasən Dağlıq Qarabağ icmalarının təmasları sülh prosesinə yenilik gətirə bilərdi.
İcmaların görüşü ilə "bəlkə də, Minsk Qrupu çərçivəsindəki danışıqlara yenilik gətirmək olardı".
Rusiyanın Dağlıq Qarabağ münaqişəsində rolu barədə müxtəlif fikirlər səslənib.
"Dağlıq Qarabağda mümkün sülhməramlı qüvvələr münaqişəyə aid olmayan dövlətlərdən ibarət olmalıdır", - diksussiyada belə bir fikir səslənib.
Bununla yanaşı qeyd olunub ki, Rusiyanın sülhməramlı qüvvələrdə iştirakını Bakıda "praqmatik siyasətin" əlaməti kimi görürlər.
Bu qənaətdə olanlara əsasən Moskvanın bölgədə həlledici rolu danılmazdır və buna görə də Rusiyasız sülhməramlı qüvvələri formalaşdırmaq inandırıcı səslənmir.
http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150929_ch_karabakh_discussions

Комментариев нет:

Отправить комментарий