четверг, 11 декабря 2014 г.

Əvəz Həsənov: "Qərb Rusiya cəmiyyətini təkbaşına Putin adminstrasiyası ilə buraxmaq fikrində deyil”

 Noyabrın 27-28-də Avropa Şurasının baş katibi Tyorbyörn Yaqland Rusiya Federasiyasında səfərdə olacaq. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı baş katib Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, Qərb Rusiyanın iqtisadi sanksiyalarla kifayət qədər sıxışdırıb: “Qərb Rusiyaya özünün sərt siyasəti müqabilində hansı qiymətin verilməsini göstərmək istəyir. Rusiya Ukrayna ilə bağlı Qərbin bütün dəyərlərinə etinasız yanaşması Qərbi çox əsəbləşdirir. Bu baxımdan Qərb iqtisadi sanksiyalarla Rusiyanı çox ciddi bir imtahana çəkib.
Bu arada Tyorbyörn Yaqlandın səfəri ola bilsin ki, Qərbin Rusiya ilə insan haqları və demokratiya məsələlərində sanksiya etmədiyini göstərmək məqsədi daşıyır. Qərb sanksiya tətbiq etdiyi ölkədə belə insan haqları və demokratiyaya gözlərini yummur. Bu Rusiya cəmiyyətinə dəstək üçündür. Eyni zamanda Rusiya ilə müəyyən sahələrdə əməkdaşlıq üçün kanalın açıq olduğunu göstəmək məqsədi daşıyır. Qərb iqtisadi baxımdan Rusiya ilə qapıları bağlayıb. Ancaq insan hüquqları və demokartiya sahəsində özünün maraqlı olduğunu nümayiş etdirir. Düşünürəm ki, Yaqlandın səfəri daha çox bu məqsədi daşıyır. Qərb Rusiya cəmiyyətini təkbaşına Putin adminstrasiyası ilə buraxmaq fikrində deyil. Rusiyada da bunu yaxşı anlayırlar".

http://deyerler.org/231076-zhvjz-hjsjnov-qjrb-rusiya-cjmiyyjtini-tjkbaedna-putin-adminstrasiyasd-ilj-buraxmaq-fikrindj-deyilv.html#.VHjdBpNUCOw.facebook

Комментариев нет:

Отправить комментарий