понедельник, 11 ноября 2013 г.

Məcburi Köçkünlərlə İş Şəbəkəsinin 2-ci ümumi toplantısı keçirilib

xAzərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 2-ci ümumi toplantısı keçirilib. İki gün davam edən toplantıda Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılıb. Tədbirdə çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov şəbəkənin indiyədək göstərdiyi fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. Ə.Həsənov şəbəkənin 1-ci toplantısından keçən 5 ay ərzində ölkənin regionlarının tam əhatə olunması istiqamətində iş aparıldığını vurğulayıb. Onun sözlərinə görə, şəbəkənin tanıdılmasına, əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Tədbirdə çıxış edən İngiltərənin Barışıq Resursları Təşkilatının nümayəndəsi Laurence Broers şəbəkənin fəaliyyəti üçün görülməsi vacib olan işlərlə bağlı məlumat verib. Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsinin təmsilçisi Nino Kalandarişvili «Azərbaycandan olan qaçqınlar və məcburi köçkünlərin qarşılıqlı olaraq əməkdaşlığının dəstəklənməsi» mövzusunda çıxış edib.
Daha sonra şəbəkə üzvləri paytaxt və regionlarda məcburi köçkünlərlə bağlı gördükləri iş və gələcək fəaliyyətləri ilə bağlı məlumat veriblər. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi haqqında məlumat verib. X.Kazımov bildirib ki, üç ay müddətində davam edəcək kurslarda məcburi köçkün yeniyetmə və gənclərə kompyuter bilikləri veriləcək.
Daha sonra şəbəkənin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Toplantının sonunda məcburi köçkün təşkilatlarının paytaxtda və ölkənin 7 rayonunda həyata keçirəcəyi 10 kiçik layihənin dəstəkləndiyi bildirilib. Həmin təşkilatlarla müqavilələr imzalanıb.
http://regionalhumanrights.org/az/?p=1096

Комментариев нет:

Отправить комментарий